DİN və MEDİA-dan xəbərdarlıq: Özəlləşdirmə çekləri ilə bağlı məlumatlar saxtadır
SEPAH ABŞ-nin Bəhreyn və Küveytdəki hərbi obyektlərinə zərbələr endirdiyini bildirib
Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib
“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir
18 Dekabr 2019 14:39
2 485
2020-ci ildə Bakıda daha 2 yeni “ASAN xidmət” mərkəzinin açılması planlaşdırılır. Həmin mərkəzlərdən birində “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzi yaradılacaq. Bu barədə jurnalistlərə müsahibəsində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov deyib.
“Hazırda “ASAN xidmət”in nəzdindəki “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzinin 2 təlim tədris mərkəzi fəaliyyət göstərir. Gələn il Bakıda açılacaq “ASAN xidmət” mərkəzlərinin birində “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzinin nümayəndəliyi olacaq. Burada da təlim-tədris mərkəzi yaradılacaq. Gənclər üçün müxtəlif təlimlər və treninqlərin keçirilməsi planlaşdırılır, onların gələcəkdə bu sahədə inkişafı təmin olunacaq”, - deyə C.Salmanov əlavə edib.
C.Salmanov, həmçinin Data analitikasının əhəmiyyəti, bu sahədə dövlət agentliyinin gördüyü işlər, gələcək planlar barədə məlumat verib. Vurğulayıb ki, “ASAN xidmət” yarandığı gündən Data əsaslı qərar qəbuletmənin əhəmiyyətinə xüsusi önəm verib və belə bir mədəniyyətin formalaşmasına xüsusi diqqət ayrılıb.