20 İyul 19:00
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb
BMT: Husilərin Səudiyyə Ərəbistanını blokadaya alması regional münaqişəni genişləndirəcək
Messidən məğlubiyyət sonrası ilk paylaşım: Bu yaranın sağalması vaxt aparacaq
Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya rəsmi səfərə gəlib
Tramp: İran öldürülən hər amerikalı əsgərə görə ağır bədəl ödəyəcək
20 İyul 11:34
1 484
“Avropa Birliyi daxilində Rusiyaya qarşı sanksiyaların tətbiqi məsələsində indiyədək əsas etiraz edən ölkələrdən biri Macarıstan idi”.
Bu fikirləri politoloq Elçin Xalidbəyli Xalqcəbhəsi.az-a açıqlamasında səsləndirib.
Onun sözlərinə görə, son vaxtlar Macarıstanın mövqeyində dəyişiklik müşahidə olunur:
“Keçmiş Baş nazir Viktor Orbanın hakimiyyəti dövründə Budapeşt əksər hallarda Ukraynaya dəstəyi və Rusiyaya qarşı yeni sanksiyaları bloklamağa çalışırdı. Son vaxtlar Macarıstan mövqeyini dəyişib, çünki hakimiyyət dəyişib. Yeni hakimiyyət Rusiya ilə münasibətlərə yenidən baxmaq barədə qərar qəbul edib. Bu da onu göstərir ki, Avropa Birliyində Macarıstan problemi artıq həll olunub”.
Politoloq bildirib ki, buna baxmayaraq, Şərqi Avropada bəzi ölkələr hələ də Rusiyaya daha yaxın mövqe tutmağa üstünlük verirlər:
“Bu dövlətlər Rusiyaya qarşı sanksiyalara etiraz edirlər. Onlar hesab edirlər ki, bu sanksiyalar həm Avropa ölkələrinin enerji maraqlarına, həm də iqtisadi maraqlarına zərbə vurur. Ona görə də bəzi Şərqi Avropa ölkələri Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarına münasibətdə daha neqativ, müqavimət göstərən mövqedən çıxış etməyə çalışırlar”.
Elçin Xalidbəylinin fikrincə, bu etirazlar ümumi mənzərəni dəyişmir:
“Bütün bunlar ümumi götürdükdə Kollektiv Qərbin, o cümlədən də Avropa Birliyinin Rusiyaya qarşı yürütdüyü sərt təzyiq siyasətinə ciddi təsir göstərmir.
Hazırda Avropa Birliyi Ukraynaya böyük həcmdə maliyyə dəstəyi ayırmaqla Kiyevin müdafiə imkanlarını gücləndirir.
Avropa Birliyi Ukraynaya 70 milyard həcmində maliyyə yardımı ayırıb və bu yardım əsasən silah tədarükünə yönəldilib. Ukrayna silah-sursat və hərbi texnika ilə geniş şəkildə təchiz olunur və nəticədə Rusiyanın dərinliklərinə daha dağıdıcı zərbələr vurmaq imkanları qazanır. Bunun nəticəsində Rusiya iqtisadi və enerji sahəsində ciddi çətinliklərlə üzləşir. Rusiyada enerji və iqtisadi böhran ən yüksək həddə çatıb və Kremlin hazırda müharibəni və Rusiya ordusunu maliyyələşdirməkdə çətinlik çəkdiyi müşahidə olunur”.
Sonda Elçin Xalidbəyli qeyd edib ki, müəyyən etiraz və fikir ayrılıqlarına baxmayaraq, Avropa Birliyinin Rusiyaya qarşı sanksiya siyasətinin yaxın dövrdə də davam edəcəyi gözlənilir.
Günel Elxan
20 İyul 22:39
882
20 İyul 21:32
945
20 İyul 21:29
1 155