Aqrar Kredit və İnkişaf Agentliyi: 704 kənd təsərrüfatı layihəsinə 20 724 milyon manat kredit ayrılıb İqtisadiyyat

Aqrar Kredit və İnkişaf Agentliyi: 704 kənd təsərrüfatı layihəsinə 20 724 milyon manat kredit ayrılıb

2019-cu ildə Aqrar Kredit və İnkişaf Agentliyinin kənd təsərrüfatı istehsalı vasitələrindən istifadəyə görə investisiyalarının ümumi məbləği 132,258 milyon manat, o cümlədən, faizsiz kredit və subsidiyanın məbləği 89,909 milyon manat olub.
Trend-in məlumatına görə, bunu Agentliyin sədri Mirzə Əliyev deyib.
Onun sözlərinə görə, Agentlik vasitəsilə güzəştli şərtlərlə 4 068 ədəd kənd təsərrüfatı texnikası satın alınıb, bundan başqa, satın alınan kənd təsərrüfatı heyvanının sayı 4 510 ədəd olub.
O qeyd edib ki, 704 kənd təsərrüfatı layihəsinə 20 724 milyon manat kredit ayrılıb.
Hazırda Agentlik tərəfindən 22 layihə reallaşdırılır.