Cinayət törətməkdə şübhəli bilinən 98 nəfər saxlanıldı Hadisə

Cinayət törətməkdə şübhəli bilinən 98 nəfər saxlanıldı

İyulun 18-də və 19-da ölkə ərazisində qeydə alınan 95, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 60, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 98 nəfər saxlanılıb.