
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Çox adam elə fikirləşir ki, koronavirusa görə ölkəmizin qida sektorunda azalmalar olacaq, nələrsə çatmayacaq. Ancaq belə hallar baş verməyəcək.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov deyib.
Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının istehsalında azalma müşahidə edilmir: “Ötən təsərrüfat ilində çox yaxşı məhsul artımımız oldu, bu təsərrüfat ilində də vəziyyət eyni qaydada olacaq. Pandemiyanın yayılmasından əvvəl də təsərrüfat işləri həyata keçirilib, fermerlərin maddi-texniki bazaya əlçatanlığı təmin edilib və hazırda fermerlərimiz çox yüksək əhval-ruhiyyə ilə istehsal prosesini həyata keçirirlər. Tam əminliklə deyirəm ki, məhsul qıtlığı olmayacaq. Hətta məhsul artıqlığı var, çünki bir sıra məhsullar başqa ölkələrə ixrac olunurdu. Amma başqa ölkələrdə də bizim ölkəmizdə olduğu kimi istehlak azalıb. Restoran, şadlıq evləri və digər iaşə müəssisələrinin fəaliyyəti məhdudlaşdırıldığından, kütləvi tədbirlər təxirə salındığından istehlakda müəyyən azalma var. Amma məhsulumuz boldur. Bu il də bizim istehlakçılarımız yüksək keyfiyyətli məhsulla təmin olunacaqlar”.