Sahibkarlar üçün ölkədaxili pul köçürmə komissiyası yarıyadək endirilib İqtisadiyyat

Sahibkarlar üçün ölkədaxili pul köçürmə komissiyası yarıyadək endirilib

“Kapital Bank” 30 sentyabr 2020-ci il tarixinədək hüquqi şəxs və fərdi sahibkarlara ölkədaxili pul köçürmə komissiyası 50% endirilərək 0,1% təyin edilib. Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu imkan pandemiya dövründə hüquqi şəxslərə və sahibkarlara dəstək aksiyasını çərçivəsində yaradılıb.

Bu aksiya həmçinin sahibkar və hüquqi şəxslərin bir çox əməliyyatları onlayn edə bilməsi üçün yaradılan "Müştəri Bank" sistemindən qoşulanlara da şamil olunur.