İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
1 İyul 2020 14:03
4 382
“Türkdilli Dövlətlərin İqtisadçıları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə elan etdiyi qrant müsabiqəsində “İcbari tibbi sığorta sağlamlığınızın qarantıdır mövzusunda ictimai maarifləndirmə” layihəsi ilə qalib olmuşdur. İctimai Birliyin sədri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayevanın verdiyi məlumata görə, təşkilat iyulun 1-dən layihənin icrasına başlamışdır. 4 aylıq layihə çərçivəsində 2 vebinarın (ZOOM vasitəsilə) keçirilməsi və “İcbari tibbi sığorta” adlı kitabçanın nəşri nəzərdə tutulur. Vebinarda Azərbayanın bu sahə üzrə tanınmış ekspertləri icbari tibbi sığortanın üstünlükləri, dünya təcrübəsi, Azərbaycanda icbari tibbi sığortanın formalaşması xüsusiyyətləri və s. mövzularda çıxışlar edəcəklər, vebinar iştirakçılarının suallarını cavablandıracaqlar.
17 Yanvar 15:04
1 449
17 Yanvar 12:16
1 372
17 Yanvar 12:00
1 491