Emin Əmrullayev TDT Təhsil Nazirlərinin 9-cu iclasında iştirak edib
Azərbaycan–Gürcüstan–Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşü keçirilib - FOTO - YENİLƏNİB
Müəllimlərin sertifikatlaşdırılmasının test mərhələsi 35 mərkəzdə keçiriləcək
Ceyhun Bayramov: Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə bu gün Cənubi Qafqazda sabitlik var
17 Dekabr 2020 11:13
4 767
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı təsərrüfatlarda 1 015 min ton kartof istehsal olunub.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 2,1% artıb.
Hesabat dövründə ölkədə 56,9 hektar sahədə kartof əkilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisinə bərabərdir.
Yanvar-oktyabr aylarında Azərbaycandan 33 755,8 min ABŞ dolları dəyərində 81 320,7 ton kartof ixrac olunub ki, bu da ötən ilin 10 ayının göstəricisini müvafiq olaraq 25,8% və 31,7% üstələyir.
Qeyd olunan dövr ərzində ölkəyə 37 208,4 min dolları dəyərində 135,7 min ton kartof idxal olunub. Bu göstərici dəyər baxımından 8,1%, həcm baxımından isə 9,8% azalıb.