“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
9 Yanvar 12:35
1 372
Fransanın Normandiya bölgəsində qatar xidməti 9 yanvar axşamı ölkəni bürüyən Qoretti siklonu səbəbindən tamamilə dayandırılıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "BFMTV" Fransa milli dəmir yolu şirkətinə (SNCF) istinadən məlumat verib.
Hesabatda qeyd olunur ki, "Trafik ciddi şəkildə pozulub və fırtınadan təsirlənən bölgələrdə bir çox marşrut işləmir. Normandiya boyunca qatar xidməti tamamilə dayandırılıb və 10 yanvar günortadan sonra "xidmətin çox tədricən bərpa olunacağı" bildirilir.
Qonşu Hauts-de-France bölgəsində də qatar xidməti faktiki olaraq dayandırılıb. Yalnız Paris və Lill arasındakı yüksək sürətli qatar marşrutu işləyəcək.
BFMTV bildirir ki, Qoretti siklonunu müşayiət edən külək əsmələri ölkənin şimal-qərbindəki Manş departamentində saatda 213 km sürətə çatıb. Əvvəllər bildirilirdi ki, Qoretti siklonu səbəbindən Fransada təxminən 380 min ev elektriksiz qalıb.
Məryəm Quliyeva
9 Yanvar 22:15
868
9 Yanvar 22:05
847
9 Yanvar 21:59
938