“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
9 Yanvar 12:00
1 099
Ötən ilin avqustunda təsis edilən “İzzət kino mükafatı”nın qaliblərinin adı ən yaxın zamanda elan olunacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.
Bildirilib ki, artıq mükafatın rəsmi dizaynı hazırdır. Belə ki, rəssam-animator Sevinc Quliyevanın müəllifi olduğu eskiz İzzət Orucovanın oynadığı Sevil və Almaz obrazlarının sintezindən yaradılıb. Poster Azərbaycan qadınının həm üsyanını, həm də milli kimliyini kəlağayı, milli geyimin detalları, açıq saçları və s. ilə özündə cəmləşdirir. Posterdəki kino lentləri ilə əhatələnən obraz Azərbaycan kinosunun qadın simasını təmsil edir.
Mükafat rejissor və prodüser, Azərbaycan Kinematoqrafçılar İttifaqının beynəlxalq əlaqələr və layihələr üzrə meneceri Afaq Yusifli tərəfindən təsis edilib. Layihə Azad Mirzəcənzadə İnkişaf Proqramının 2025-ci il üzrə 2-ci dalğasının 10 qalibindən biridir. Layihənin rəsmi tərəfdaşları arasında Azərbaycan Kinematoqrafçılar İttifaqı və Gənc Film İstehsalçıları Assosiasiyası var. Təsisçinin verdiyi məlumata görə, münsiflər heyətinin tərkibi və ilkin siyahı artıq hazırdır. Hazırda mükafatın hazırlanma prosesi və son təşkilati məsələlər üzrə işlər gedir.
9 Yanvar 17:54
945
9 Yanvar 16:47
1 085
8 Yanvar 12:42
1 477