“Zəfərə gedən yolda ilk uğurlu sınaq”
2 Aprel 18:34
2 Aprel 18:34
2 Aprel 18:33
9 Yanvar 13:00
1 974
Ötən il 10 ildən yuxarı təcrübəsi olan sürücülər tərəfindən 488 yol-nəqliyyat hadisəsi törədilib.
Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində qeyd edilib.
Bildirilib ki, statistikaya əsasən, 2025-ci il ərzində 10 ildən yuxarı təcrübəsi olan sürücülər tərəfindən 488 yol-nəqliyyat hadisəsi törədilib ki, bu da ümumi qəzaların 39,0 faizini təşkil edir:
"Bəzən sürücülər uzun illər sükan arxasında olmasına, tanış marşruta və ya avtomobilinin texniki imkanlarına güvənərək riskləri düzgün qiymətləndirmir. Halbuki yol hərəkəti elə bir mühitdir ki, burada hər an gözlənilməz vəziyyət yarana, qəfil təhlükə meydana çıxa bilər.
Sürücünün həddindən artıq özünə güvənməsi sürətin düzgün seçilməməsinə, təhlükəsiz ara məsafəsinin saxlanılmamasına, riskli manevrlərə səbəb olur. Bir anlıq yanlış qərar isə ağırlıq dərəcəsi yüksək olan qəza deməkdir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə səslənir: Təcrübə məsuliyyətin artması, xətaların azalmasıdır. Yolda özünüzə deyil, qaydalara güvənin".
2 Aprel 21:32
1 092
2 Aprel 20:58
1 190
2 Aprel 19:26
1 092