SOCAR-ı gələn il 400 milyon itki gözləyir İqtisadiyyat

SOCAR-ı gələn il 400 milyon itki gözləyir

"Neftin ucuzlaşması şirkətin həyata keçirdiyi layihələrə təsir etməyəcək"
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) son zamanlar dünya bazarlarında neftin ucuzlaşmasının şirkətin gəlirlərinə təsir edib-etməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib. "APA-Economics"in məlumatına görə, şirkətin iqtisadi məsələr üzrə vitse-rrezidenti Süleyman Qasımov bildirib ki, neftin qiymətinin enib-qalxması ölkədə və dünyada gedən rroseslərin qarşısında cüzi bir şeydir: "Dünya bazarlarında neftin qiymətinin düşməsi siyasi məsələlərlə bağlıdır. Bunun SOCAR-a böyük təsiri olmayacaq. Azərbaycanda istehsal olunan neft daxili tələbata yönəlib və dövlət qiymətləri ilə tənzimlənir. Əgər gələn il də neftin qiyməti dünya bazarlarında 60 dollar civarında olarsa, şirkət 1 ildə itirdiyi məbləğ 400 milyon manat olacaq. Bu, böyük rəqəmdir, amma bunun şirkət üçün qorxusu yoxdur. Çünki bu itkilər Azərbaycan Dövlət Neft Fondu tərəfindən komrensasiya olunacaq". S. Qasımov deyib ki, dünya bazarlarında neftin ucuzlaşması ARDNŞ-in həyata keçirdiyi layihələrə təsir etməyəcək və həmin layihələrin maliyyələşdirilməsi dayandırılmayacaq.