![Hesablama Palatası Aqrar Kredit və İnkişaf Agentliyində nöqsanlar aşkarlayıb](https://xalqcebhesi.az/media/2024/07/26/225x136/66a3b6b520ab566a3b6b520ab61722005173b110f128a4f04e7e77a34d62ec55645e.jpg)
![Hesablama Palatası Aqrar Kredit və İnkişaf Agentliyində nöqsanlar aşkarlayıb](https://xalqcebhesi.az/media/2024/07/26/225x136/66a3b6b520ab566a3b6b520ab61722005173b110f128a4f04e7e77a34d62ec55645e.jpg)
26 İyul 18:03
"Moody's Investors Service"ə ("Moody's") görə, COVID-19 pandemiyası ərəfəsində Azərbaycanın ümumi dövlət borcunun ÜDM-ə nisbəti təxminən 20% təşkil edib. Bu, Mərkəzi Asiya və Qafqaz regionunda yerləşən ölkələr arasında Qazaxıstandan sonra ən yaxşı göstəricidir.
"APA-Economics"in "Moody's"ə istinadən verdiyi məlumata görə, pandemiyaya və aşağı nefti qiymətləri ilə bağlı şoklara baxmayaraq, Azərbaycanın maliyyə buferlərinin düşünülmüş idarəetməsi ölkəni əlavə borclanmadan qurtararaq ümumi dövlət borcunun ÜDM-ə nisbətini 2023-cü ilədək 24-25%-dən çox yüksəlməyə imkan verməyəcək. Nəticədə, bu göstəriciyə görə, ölkə 2023-cü il üçün Qazaxıstanı da qabaqlayaraq region lideri olacaq.
Qeyd edək ki, Maliyyə Nazirliyinin son məlumatlarına görə, Azərbaycanın ümumi dövlət borcu 17,352 mlrd. manat və ya ÜDM-in təxminən 21,6%-ni təşkil edib.
Xatırladaq ki, Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında Azərbaycanın ümumi dövlət borcunun ÜDM-də payının 2025-ci ilədək 20%-ə çatdırılması hədəfləndiyi deyilir.