Xameneinin dəfnində Azərbaycandan Sahibə Qafarova, Şahin Mustafayev və digər rəsmilər iştirak edəcək
Xameneinin dəfnində Azərbaycandan Sahibə Qafarova, Şahin Mustafayev və digər rəsmilər iştirak edəcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 14 vaqon buğda göndəriləcək
Ağdamda Xocalı şəhidi Məzahir Əbilovdan bəhs edən sənədli film nümayiş etdirilib - FOTO
18:06
728
Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahov xüsusilə külli miqdarda mənimsəmədə və başqa cinayətlərdə təqsirləndirilir.
APA xəbər verir ki, bununla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs nazirliyin 600 min manatdan çox vəsaitini mənimsəməkdə ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Mehdi Əmrahov istintaqın gedişində ziyanın bir qismini ödəyib.
İstintaq dövründə yaşı və səhhəti nəzərə alınmaqla onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Neymət Məmmədovun icraatına verilib.