

Fevralın 8-də Amerika fond bazarında Dow Jones indeksi 1,06% –. 35,462.78 bəndədək, S&P 500 indeksi 0,84% – 4,521.54 bəndədək, Nasdaq indeksi isə 1,28% – 14,194.46 bəndədək yüksəlib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında fevralın 8-də FTSE 100 indeksi 0,08% – 7,567.07 bəndədək enib, Almaniyanın DAX indeksi 0,23% – 15,242.38 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,27% – 7,028.41 bəndədək yüksəlib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,04% artaraq 1,1427 dollar təşkil edib.