“Erməni millətçiliyi: gələcəyi olmayan həyat” kitabının təqdimatı olub Ədəbiyyat

“Erməni millətçiliyi: gələcəyi olmayan həyat” kitabının təqdimatı olub

Hüquq və İnsan Haqları İnstitutunda Moisey Bekkerin «Армянский национализм: жизнь без будущего» (“Erməni millətçiliyi: gələcəyi olmayan həyat”) kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş nitqi ilə açan Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin (Mərkəz) İcraçı direktoru Samir Mahmudov Hüquq və İnsan Haqları İnstitutun fəaliyyətinin daha bir istiqaməti kimi xalqa, millətə, dövlətçiliyə əhəmiyyətli olan nəşrlərin sayının artırılması sahəsində İnstitutun gördüyü işləri yüksək qiymətləndirdiyini bildirərək, belə nəşrlərin geniş təqdimatının keçirilməsinin ictimaiyyət üçün əhəmiyyətli olacağına inandığını vurğulayıb:
"Bu cür kitablar coğrafi qonşularımızın psixologiyasını, davranış tendensiyalarını anlamağa kömək edəcək".

O, milliyyətçiliyin təzahürü kimi son günlərdə də sərhəddə gərginlik müşahidə edildiyinə diqqət çəkib.

"Bu kitabda xeyli faktlara istinad olunub. Düşünürəm ki, bu hər kəsə maraqlı olacaq", - deyə o qeyd edib.

İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxışında təqdimatın səbəbkarı Moisey Bekkerin uzun illər Hüquq və İnsan Haqları İnstitutunda elmi fəaliyyətlə məşğul olduğunu, hazırda isə müəllifin İnstitutun Ekspert Şurasının üzvü olduğunu diqqətə çatdırıb:

"Biz həm hüquqşünaslar, həm də tarixçilər olaraq ermənilərin iddialarına hazırlıqlı olmalıyıq. Hüquqi təhlil, tədqiqat tarixi komponent olmadan mümkün deyil. Bu baxımdan tarixi faktlara əsaslanmış bu cür kitablar olduqca əhəmiyyətlidir".

İnstitut rəhbəri M.Quluzadə M.Bekkerin bu yaxınlarda işıq üzü görmüş yeni monoqrafiyasının - «Армянский национализм: жизнь без будущего» (“Erməni millətçiliyi: gələcəyi olmayan həyat”) obyektiv tarixi araşdırmalar baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Kitabın müəllifi, İnsan Haqları üzrə İnstitutun elmi işçisi, politoloq Moisey Bekker deyib ki, erməni və erməni psixologiyası mövzusu çox qəlizdir:

“Mən heç vaxt anlaya bilməmişəm ki, niyə bu xalq hər zaman özünü belə aparır, niyə hamıya xəyanət edir, niyə hər zaman hamını aldadır? Niyə bu xalq məhz digər xalqlara qarşı nifrət ideyaları ilə yaşayır. Onlar özünü xristianlıq dinini ilk dəfə qəbul edən xalq sayır. Xristian olduqları halda ilk növbədə yəhudilərlə münaqişələrə girdilər. Erməni əsilli Bizans imperatorları əsrlər boyunca yəhudiləri təqib ediblər.

Osmanlı imperiyası yaranandan sonra ermənilər bütün kin və nifrətlərini sonradan türklərə qarşı yönəltdi. Osmanlı imperiyası dövründə milli və ya dini zəmində təqiblər yox idi. Hər bir xalq öz muxtariyyət hüququndan istifadə edirdi. Onlar həm də öz dinlərinə tam sərbəst şəkildə sitayiş edə bilirdilər, öz dillərində danışırdılar, özlərinə məxsus təhsil müəssisələri var idi. Buna baxmayaraq ermənilər türklərə də xəyanət etdi. Onlar Birinci Dünya Müharibəsi zamanı kürdlərə qarşı müharibəyə girdilər və bu müharibədə Rusiya tərəfinə keçərək, Osmanlı imperiyasını məhv etmək üçün rus əsgərləri ilə birlikdə döyüşürdülər ki, imperiya dağılsın və onun qalıqlarında özlərinə dövlət qura bilsinlər. Onlar sonradan Sovet İttifaqını satdılar, Rusiyaya xəyanət etdilər, hansı ki, Rusiya onlara hər şey vermişdi. Bu satqınlıq sistem halını alaraq, artıq milli ideyaya çevrilir. Onların bu ideologiyası onu deməyə əsas verir ki, Ermənistan bir milliyyət deyil, bir çox xalqlardan ibarət olan linqvistik və etnokonfessional qrupdur. Ermənilər həmin xalqların da ən murdar genetikasını mənimsəyərlər”.

Təqdimat zamanı qeyd olunub ki, müəllif tərəfindən monoqrafiyada “Armenakan”, “Qnçak” və “Daşnaksütyun” kimi siyasi partiyaların erməniliyin siyasi baxışlarının formalaşmasına təsiri, Osmanlı və Rusiya imperiyalarını, eləcə də Sovet İttifaqını daxildən parçalamaq istiqamətində iştirakı təhlil edilir.

Müzakirələr zamanı iştirakçılar qatı millətçiliyin arzuolunmaz fəsadları və azad olunmuş ərazilərdə mina təhlükələrinin vətəndaşların rifahına və sosial-iqtisadi inkişafına sipər çəkməsi barədə geniş fikir mübadiləsi aparıblar.

Tədbirdə 50-dən çox qonaq - Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Ombudsman Aparatı və digər dövlət qurumlarının və komitələrin nümayəndələri, Milli Məclisin deputatları, alimlər və media mənsubları iştirak edib.