Azərbaycan bu məsələdə də nümunədir"- İlyas Hüseynov Siyasət

Azərbaycan bu məsələdə də nümunədir"- İlyas Hüseynov

"Ukraynada olan vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən əksəriyyəti Rumıniyanın Yassi şəhərindən olmaqla, Rumıniya və Polşa ərazisindən indiyədək 10 çarter reysi təşkil olunub. Bu reyslərlə əsasən qadınlar, uşaqlar, yaşlılar, xəstələr və digər həssas qrupa daxil olan vətəndaşlarımızın təxliyəsinə üstünlük verilib və onlar Ukrayna hüdudlarını tərk edib. Vətəndaşlarımızın həm çarter reysləri, həm də qonşu ölkələrin ərazisindən keçməklə avtobuslarla təxliyəsi davam edəcək. Önəmli amil bundan ibarətdir ki, Azərbaycanın bu məsələdə də nümunədir. Prezident İlham Əliyevin göstərişi əsasında azərbaycanlılar müharibə bölgəsindən uzaqlaşdırılırlar. Hər zaman olduğu kimi, bu dəfə də vətəndaşlarımız dövlətimizin qayğısını ilə əhatə olunurlar. buna müəssəy olmaq mümkün deyil. Buna görə də insanların təxliyəsini təşkil etmək, humanitar dəhlizlər formalaşdırmaq mühüm əhəmiyyət kəsb edir". Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib. İ. Hüseynov bildirib ki, bu xüsusda Azərbaycan dövləti bütün hallarda olduğu kimi, bu dəfə də öz vətəndaşlarının, soydaşlarımızın yanında olduğunu sübut edir: "Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədəki Azərbaycan vətəndaşlarının qonşu ölkələrin ərazisindən keçməklə Azərbaycana təxliyəsi davam edir. Qeyd edək ki, pandemiya dövründə olduğu kimi, burada da dövlət bütün mümkün vasitələrdən istifadə etməklə öz vətəndadlarına sahib çıxır, onları planlı şəkildə təxliyyə edir. Kiyevdə və Xarkovda olan diplomatik nümayəndəliklərimiz mütəmadi olaraq soydaşlarımızla bağlı vəziyyəti öyrənir, təhlil edir və onların təxliyəsini təşkil edir. Xüsusilə vurğulamaq lazımdır ki, təxliyyə məsələsində ilk növbədə uşaqlara, qadınlara, yaşlılara, xəstələrə üstünlük verilir. Bütün dövrlərdə müharibə zamanı təxliyə ilə bağlı prioritet uşaqlara, qadınlara, yaşlılara, xəstələrə verilib. Bununla yanaşı, 7 mart 2022-ci il tarixinədək Azərbaycana 3138 nəfər təxliyə olunub. Onların sırasında çarter reysləri vasitəsilə 1908 nəfər, quru yolu ilə təxliyə olunanlar isə 1263 nəfər təşkil edir. Vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən əksəriyyəti Rumıniyanın Yassi şəhərindən olmaqla, Rumıniya və Polşa ərazisindən indiyədək 10 çarter reysi təşkil olunub. Bu reyslərlə əsasən qadınlar, uşaqlar, yaşlılar, xəstələr və digər həssas qrupa daxil olan vətəndaşlarımızın təxliyəsinə üstünlük verilib və onlar Ukrayna hüdudlarını tərk edib. Vətəndaşlarımızın həm çarter reysləri, həm də qonşu ölkələrin ərazisindən keçməklə avtobuslarla təxliyəsi davam edəcək. Önəmli amil bundan ibarətdir ki, Azərbaycanın bu məsələdə də nümunədir. Prezident İlham Əliyevin göstərişi əsasında azərbaycanlılar müharibə bölgəsindən uzaqlaşdırılırlar. Hər zaman olduğu kimi, bu dəfə də vətəndaşlarımız dövlətimizin qayğısını ilə əhatə olunurlar".

Əli Zülfüqaroğlu