Artıq zəif bir Azərbaycan yoxdur Siyasət

Artıq zəif bir Azərbaycan yoxdur

Elman Vəliyev: “Güclü ilə vuruşmağı bacaran bir Azərbaycan var”

Məhəmməd Əsədullazadə: “Avropa İttifaqı da Azərbaycanın şərtləri ilə hərəkət edir”

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə bir zamanlar Qarabağ münsaqişəsi ilə bağlı beynəlxalqt təşkilatların Azərbaycana qarşı ikili standartlarından, 44 günlük möhtəşəm qələbədən sonra bölgədə aparılacaq sosial, iqtisadi layihələrdən bəhs edib. Prezident deyib ki, biz onsuz da öz gücümüzlə hər şeyi bərpa edəcəyik: “Mən demişəm, Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bir nümunə olacaq. Ancaq mənim sözüm beynəlxalq təşkilatlaradır. İnsan hüquqları ilə məşğul olanlar, ədalət prinsiplərini rəhbər tutanlar heç olmasa, Azərbaycana da diqqət yetirsinlər və ikili standartlardan kənar olsunlar”.

Daha sonra Azərbaycan Prezidenti deyib ki, Avropa İttifaqı ilə bizim təmaslarımız müharibədən sonra daha intensiv xarakter alıb. Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul edib.

“Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında üçtərəfli görüşlər keçirilmişdir. Görüşlər haqqında məlumat verilmişdir. Əlbəttə ki, həm ekspertlər, həm Azərbaycan ictimaiyyəti gördülər ki, yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur, bu da təbiidir. Çünki Azərbaycan buna etiraz etmişdir və “münaqişə” sözü də yoxdur. Bu da təbiidir, çünki münaqişə yoxdur. Münaqişə həll olunub”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident həmin dənəmlərdə Minsk Qrupunun “fəaliyyətinə” və digər məsələlərə də toxunub.

Politoloq Elman Vəliyev “Xalq Cəbhəsi”nə açıqlamasında Prezidentin birinci fikirnə münasibət bildirib. Qeyd edib ki, çoxqütblü dünya sistemində Azərbaycan da özünəməxsus yerə malikdir. XXI əsrdə Azərbaycan inkişafın yeni fazasındadır. İnkişafa təkan verən əsas amil Qarabağın geri qaytarılması oldu. Bundan sonra Azərbaycanın qarşısında quruculuq işləri dayanır. Ermənistanın qarşısında isə Azərbaycanla əlaqələri nizamlamaq durur: “Aprelin 6-da Brüsseldə üç tərəfli görüş keçirildi və bu görüş iki konflikt tərəfin sülh danışıqları üçün mühüm addım oldu. Azərbaycan qarşı tərəfə 5 bəndlik sənəd göndərib. Bu bəndlər Ermənistan üçün son şanslardandır. Prezident Brüssel görüşündən qayıtdıqdan sonra bəyan etdi ki, Ermənistan şərtlərimizi demək olar ki, qəbul edib. Ermənilərin "dənizdən-dənizə böyük Ermənistan dövləti", separatçıların isə qondarma "Arsax" respublikası tarixin arxivinə qarışdı. Brüssel konfransında bu mövzuya da toxunuldu və "Dağlıq Qarabağ" ifadəsi aktuallığını itirmiş oldu! Prezidentin Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq deməsi açıq-aydın mesajdır. Prezident Qarabağ deyərkən "Dağlıq Qarabağ və yaxud onun ətrafını" nəzərdə tutmayıb. Nəzərdə tutduğu bütöv Qarabağdır. Zəngəzuru da nümunəvi bölgə edəcəyik deməsi də zənn edirəm, Şərq-Qərb söhbətini yox, bütöv Zəngəzuru bildirdi. Qərbi Zəngəzur leqal şəkildə Ssovet Ermənistanına verilmişdi. Ermənistanda Çarlığı devrilib Sovet Rusiyasının qurulmasında bolşeviklərə canla-başla yardım etdikləri üçün Azərbaycanın tarixi torpaqlarının bəziləri peşkəş verildi. Lakin bu torpaqlar erməni hakimiyyəti altında olduğu müddətcə xarabalığa çevrilib, infrastruktur sistemləri məhv edilib. Prezidentin digər aşkar mesajı beynəlxalq təşkilatlara oldu. O təşkilatlar ki, erməni vandalizminə göz yumdular, erməni dezinformasiyalarına inandılar, Azərbaycan həqiqətlərini dərk etməkdən çəkindilər. ATƏT-in Minsk qrupu 30 ilk fəaliyyət dövründə Qarabağ konflikti üçün nəticəvi paradiqma tətbiq edə bilmədilər. Qrupun diplomatiya üsulları səmərəsiz oldu və artıq öz fəaliyyətini dayandırmağa məcburdur. Digər mühüm bir məsələ insan hüquqlarıdır. Deyə bilərəm ki, ən çox haqsızlığa düçar olan Azərbaycandır. Ermənilərin azərbaycanlılara qarşı cinayətləri buna bariz nümunədir. Bu kimi nümunələr çoxdur. Bu tip insan qətliamlarını təkcə ermənilər edib desək yanılarıq. Hər kəsə məlumdur, azərbaycanlıların ölümündə kimin, hansı ölkənin əli vardır. Lakin nədənsə, beynəlxalq təşkilatlar bunlara göz yummaq variantını seçdilər. Lakin artıq zəif bir Azərbaycan yoxdur. Güclü ilə vuruşmağı bacaran bir Azərbaycan vardır”.

Politoloq Məhəmməd Əsədullazadə qəzetimizə verdiyi açıqlamasında Prezidentin düzgün mövqe nümayiş etdirdiyini və müdrik siyasət yürütdüyünü, nəticədə böyük uğurlar əldə edildiyini deyib.

Politoloq bildirib kli, Avropa İttifaqı İkinci Qarabağ müharibəsindən sonra reionda yeni reallıqları qəbul edir. Çünki, Cənubi Qafqazda sülhün və təhülkəsizliyin təmini məhz Azərbaycanın təklif etdiyi prinspilərdən aslıdır. Ermənistanın artıq sülh danışıqlarına razılıq verməsi göstərir ki, rəsmi Bakının mövqeyi prinsipaldır və qətiyyətlidir. Avropa İttifaqının sədrinin vasitəçiliyi ilə keçirlən görüşdə məhz Minsk qrupunun adının çəkilməməsi vəermənilərn təklif etdiyi "status" məsələsinin qabardılmaması Azərbaycanın diplomtik qələbəsidir: “Demək olar ki, Ermənistanın təklif etdiyi şərtlər Avropa İttfaqı tərəfindən də qəbul edilmədi. Ümumiyyətlə, Qarabağ probleminin həlli, Ermənistan və Azərbaycanla ikitərfli danışıqların aparılması istiqamətində aparlan işlər məhz Azərbaycanın həll etdiyi məsəslələrdir. Avropa İttifaqı da Azərbaycanın şərtləri ilə hərəkət edir. Qarabağda bəzi məsələlərin həlli Azərbaycanın daxili işi kimi qəbul edilir. Məhz dövlət başçısının bu xüsusda mövqeyi Azərbaycanın xarici siyasətinin uğurunun nəticəsidir. Hərbi meydanda qələbə diplomatik müstəvidə də əldə edilir.

Ermənistanın bütün cəhdlərinə baxmayaraq porseslər regionda yeni müstəvidə davam edir və demək olar ki, Azərbaycanın qələbəsi ilə nəticələnir”.

Cavid