Livanda iki jurnalist İsrailin PUA hücumunda həlak olub
28 Mart 16:56
28 Mart 16:56
22 Aprel 2022 19:48
4 725
Azərbaycan Qarabağdakı münaqişəni hərbi yolla həll etməli oldu, nəticədə Ermənistan fəlakətlə uduzdu.
Bunu cümə günü Trend-ə Qafqazın Beynəlxalq Geotarixi və Geosiyasəti Mərkəzinin prezidenti Quram Marxulia deyib.
“30 ildir ki, biz Cənubi Qafqazda, xüsusən də Ermənistan-Azərbaycan münasibətlərində sülhün bərqərar olmasını gözləyirik", - o deyib.
Marxuliya qeyd edib ki, Azərbaycan Qarabağdakı münaqişəni hərbi yolla həll etməli olub, nəticədə Ermənistan fəlakətli şəkildə uduzub və danışıqlar masası arxasına əyləşmək məcburiyyətində qalıb.
Onun sözlərinə görə, Ermənistan cəmiyyəti başa düşmür ki, Azərbaycan 30 ildir ki, bu münaqişənin sülh yolu ilə həlli üçün səylər göstərir.
Quram Marxulia ümidvar olduğunu bildirib ki, Cənubi Qafqazın bütün ölkələri sülh münasibətlərinin yekun şəkildə qurulmasından sonra ümumi iqtisadi layihələrə cəlb olunacaqlar.
27 Mart 16:52
1 673
27 Mart 11:53
1 911
27 Mart 11:39
2 023