“Təzminat ödəməli olan tərəf Ermənistandır”-Nurlan Qələndərli Siyasət

“Təzminat ödəməli olan tərəf Ermənistandır”-Nurlan Qələndərli

“ABŞ prezidenti Co Baydenin bəyanatı hüquqi qüvvəyə malik deyil, sadəcə olaraq siyasi xarakter daşıyır. Orada əks olunan hansısa anlayış və ifadə beynəlxalq hüquq normaları əsasında hər hansı bir məsuliyyət yaratmır”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Nurlan Qələndərli deyib. Ekspert bildirib ki, bundan sonra ermənipərəst dairələr tərəfindən məqsədli şəkildə ortaya atılan təzminat məsələsi isə ictimai rəyi yanıltmaq və psixoloji təsir cəhdidir: “Təzminat ödəməli olan tərəf Türkiyə deyil, məhz 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan, ölkəmizin sərvətlərini bəzi transmilli şirkətlərlə birlikdə qeyri-qanuni şəkildə mənimsəyən və cinayət törədən Ermənistandır. Bu ölkənin vurduğu ziyanın xarici mütəxəssislərin iştirakı ilə hesablanması prosesi davam etdirilir və təzminatın ödənilməsi, Ermənistanın qanun qarşısında cavab verməsi məsələsi aktualdır. Amma görünən odur ki, bu məsələ Ermənistan və erməni lobbi-diaspor təşkilatları ilə yanaşı, bəzi ölkələrin siyasi dairələrini də ciddi narahat edir”.

Əli