Prezidentlər Qarabağ münaqişəsini müzakirə ediblər Siyasət

Prezidentlər Qarabağ münaqişəsini müzakirə ediblər

Azərbaycan və Ermənistan prezidentləri Haaqada Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər. Bu barədə ATƏT-in ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün rəsmi Twitter səhifəsində məlumat verib. O, prezidentlərin qısa danışdıqlarını qeyd edib.
Qeyd edək ki, Hollandiyanın Haaqa şəhərində III nüvə təhlükəsizliyi sammiti keçirilib. Samitdə Azərbaycan və Ermənistan dövlət başçıları da iştirak ediblər.