Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə məktublar gəlməkdə davam edir Siyasət

Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə məktublar gəlməkdə davam edir

28 May - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə məktublar gəlməkdə davam edir.

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən:

"Möhtərəm İlham Heydər oğlu.

İcazə verin, Sizə öz ehtiramımı bildirim və Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edim.

Müstəqillik Günü millətin birliyini və mənəvi yenilməzliyini əks etdirən əsas dövlət bayramıdır.

Bu əlamətdar gündə Sizə və Azərbaycan Respublikasının bütün sakinlərinə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və Azərbaycanın rifahı naminə səmərəli fəaliyyətinizdə yeni nailiyyətlər arzu edirəm.

Həştərxan vilayəti ilə Azərbaycan arasında uzun illər davamlı strateji tərəfdaşlıq xarakteri daşıyan çoxşaxəli qarşılıqlı əlaqələrin inkişafına hərtərəfli dəstəyinizə və dəyərli şəxsi töhfənizə görə Sizə təşəkkür edirəm. Əminəm ki, qarşılıqlı hörmətə və etimada əsaslanan əməkdaşlıq əlaqələrini birgə səylərimizlə bundan sonra da fəal şəkildə genişləndirəcəyik".

***

Kanadanın General-Qubernatoru Meri Saymondan:

"Zati-aliləri.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə bütün kanadalılar adından Sizi və Azərbaycan xalqını təbrik edirəm.

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün yaxınlaşdığı bir vaxtda Kanada Azərbaycanla əlaqələrin genişlənməsindən məmnundur. Xalqlarımızın möhkəm əlaqələrinə və fəal Azərbaycan-Kanada cəmiyyətinə əsaslanan tərəfdaşlığımız qadınların səlahiyyətlərinin artırılması və ətraf mühitin mühafizəsi kimi ümumi maraq doğuran mühüm məsələlərin həllində beynəlxalq əməkdaşlığa sadiqliyimizlə daha da möhkəmlənib.

Ölkələrimizin öz vətəndaşları üçün daha yaxşı gələcək qurmağa çalışdığı bir vaxtda Kanada Azərbaycanla münasibətlərini daha da inkişaf etdirəcəyinə ümid edir.

Bu əlamətdar gündə Kanada xalqı Azərbaycan xalqına, həmçinin Kanadada yaşayan bütün azərbaycanlılara qoşularaq ölkənizin Müstəqillik Gününü Sizinlə birlikdə qeyd edir. Bütün xalqınıza sülh və firavanlıq arzulayıram".

***

Kot-d'İvuar Respublikasının Prezidenti Alassane Uattaradan:

"Cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə

Kot-d'İvuar hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin xalqlarımızın maraqlarına uyğun olaraq möhkəmləndirilməsi və genişləndirilməsi üçün Zati-alinizlə birgə çalışmağa hazır olduğumu bir daha bildirirəm.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram".

***

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Qotabaya Racapaksadan:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Şri-Lanka Demokratik Sosialist Respublikasının hökuməti və xalqı adından Sizi, Azərbaycan hökumətini və xalqını səmimi-qəlbdən təbrik etməkdən, ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Ümidvaram ki, Şri-Lanka ilə Azərbaycan arasında mövcud olan sıx dostluq və əməkdaşlıq əlaqələri qarşıdakı illərdə ölkələrimizin mənafeyi naminə daha da möhkəmlənəcəkdir.

Zatı-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı sülh və firavanlıq arzulayıram".

***

Bəhreyn Krallığının vəliəhdi, Nazirlər Şurasının sədri Salman bin Həməd Al Xəlifədən:

"Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Uca Allahdan Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram".

***

Dominikan Respublikasının Prezidenti Luis Abinaderdən:

"Zati-aliləri.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Dominikan Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Böyük xalqınıza firavanlıq və rifah arzulayıram".

***

Bruneyin Sultanı Hacı Həssənal Bolkiahdan:

"Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-aliləri.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Respublikasının hökumətinə və xalqına təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bruney ilə Azərbaycan Respublikası mehriban dostluq münasibətlərini uğurla davam etdirirlər. Qoşulmama Hərəkatında və İslam Əməkdaşlıq Təşkilatında birgə səylərimiz də daxil olmaqla, ikitərəfli və beynəlxalq əməkdaşlığımızı möhkəmləndirmək üçün bundan sonra da Sizinlə birlikdə çalışmaq arzusundayam.

Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi və rifah diləyirəm.

Vəssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu".

***

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifədən:

"Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Dost ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Bəhreyn Krallığının hökuməti, xalqı adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza davamlı tərəqqi və firavanlıq diləyirəm".

***

Qətər Dövləti Əmirinin müavini Abdullah bin Həməd Al Tanidən:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluğumu bildirərəm.

Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram".

***

Benin Respublikasının Prezidenti Patris Talondan:

"Cənab Prezident.

Ölkənizin milli bayramı - 28 May – Müstəqillik Günü münasibətilə Benin hökuməti, xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına sülh və rifah arzulayıram.

Eyni zamanda, ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin xalqlarımızın mənafeyinə uyğun olaraq möhkəmləndirilməsi arzularımı bildirmək istəyirəm.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".