ABŞ Rusiya və Çin maşınlarını qadağan etdi
14 Yanvar 23:35
Azərbaycanda media sahəsində aparılan islahatlar ölkədə həyata keçirilən kompleks islahat prosesinin tərkib hissəsidir. Medianın İnkişafl Agentliyinin yaradılmasına, sözügedən təsisatın vasitəsilə həyata keçirilən layihələrə, tətbiq edilən yeniliklərə, yaradılan yeni və sağlam atmosferə, medianın mövcud çağırışlara cavab verən hüquqi bazasının yaradılmasına da məhz bu kontekstdən yanaşmaq lazımdır.
Bu sözləri “Azərtac”a açıqlamasında “Xalq cəbhəsi” qəzetinin baş redaktoru, əməkdar jurnalist Elçin Mirzəbəyli deyib.
Elçin Mirzəbəyli qeyd edib ki, media sahəsində nəzərə çarpan müsbət dəyişikliklər məzmun, mahiyyət baxımından Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda plüralizmin, söz və məlumat azadlığının təmin edilməsi, medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi, ölkəmizdə müasir çağırışlara cavab verən mətbuatın formalaşması və inkişafı istiqamətində həyata keçirdiyi siyasətin davamı kimi qiymətləndirilməlidir: “İslahatların fəlsəfəsi və nəzərə çarpan dəyişikliklər, bir sıra istiqamətlərdə əldə olunan nəticələr, keyfiyyət dəyişiklikləri, yaradıcı potensialın və peşəkarlığın əsas meyara çevrilməsi, hüquqi və mənəvi dəyərlər sistemi ilə söz və fakir azadlığının, dövlət və ictimai maraqların uzlaşdırılması belə düşünməyə əsas verir.
Qənaətimə görə, media sahəsində ölkədə həyata keçirilən islahatların müsbət nəticələri özünü 44 günlük Vətən müharibəsindən etibarən büruzə verməyə başladı. Prezident İlhan Əliyevin xalqımızın haqq səsinin dünyaya çatdırılmasındakı nümunəvi fəaliyyəti Azərbaycan mediası üçün yeni standartlar, yeni keyfiyyət ölçüləri müəyyənləşdirdi və biz bu nümunəvi fəaliyyətin təzahürlərini artıq hər addımda hiss etməkdəyik. Artıq Azərbaycan medası üçün yüksək peşəkarlığın və vətənpərvərliyin milli standartları var və yalnız bu ölçülər çərçivəsində yüksək entuizazm, məsuliyyət və peşəkarlıq nümayiş etdirməklə islahatların qarşıdakı mərhələsində daha böyük uğurlara imza atmaq mümkündür.
Media sahəsindəki islahatlar uzunmüddətli və kompleks yanaşma tələb edən bir prosesdir. Bu xüsusda biz dövlətin mediaya verdiyi dəstəyin maddi yardımdan daha çox, medianın öz potensialını üzə çıxarmasına, rəqabətədavamlı olmasına, öz ayaqları üzərində dayanmasına, ələbaxımlılıq və digər neqativ hallara son qoymasına xidmət etdiyini deyə bilərik. Ötən zaman kəsiyində həm çap, həm də onlayn media resurslarının modernləşməsi, yüni çağırışlara cavab verməsi, peşəkarlığın yüksəldilməsi, ixtisaslaşma ilə bağlı problemlərin həlli, media savadlılığının artırılması, normativ hüquqi bazanın yenilənməsi, vergi yükünün azaldılması, bütün media mənsubları üçün əlçatan olan və subyektiv müdaxilələrə imkan verməyən və qanunvericilik çərçivəsində müəyyənləşən sosial dəstək paketlərinin nəzərdə tutulması qısa bir zaman ərzində böyük məsafə qət edildiyindən xəbər verir. Qənaətimə görə, əldə olunan nəticələr qarşıdakı dövrlərdə medianın inkişafı üçün möhkəm özül rolunu oynayacaq və proseslərin daha da intesivləşdirilməsini stimullaşdıracaq”.