“Sahibkarların təşəbbüskarlığı artırılmalıdır” Siyasət

“Sahibkarların təşəbbüskarlığı artırılmalıdır”

Qüdrət Həsənquliyev: "İnsanlarımızı iqtisadiyyatın yenidən qurulması prosesinə cəlb etmək lazımdır"


"İqtisadi islahatlar çərçivəsində maliyyə bazarlarına nəzarət palatasının yaradılmasını və Rüfət Aslanlının həmin palatanın rəhbəri təyin olunmasını uğurlu qərar kimi qəbul edirəm".
Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
O, "bir neçə il öncə Milli Məclisin komitə iclaslarının birində də söyləmişdim ki, Rüfət Aslanlı bizim bank, maliyyə sistemində çox bacarıqlı, nüfuzlu bir şəxs kimi tanınınr",- deyə əlavə edib: "Ona böyük etimad var. Prezident də böyük etimad göstərərərək onu bu vəzifəyə təyin edib. Plenar iclasdan öncə onun bir açıqlamasını da mətbuatdan oxudum. Bu açıqlama kifayət qədər yaxşı qarşılanmışdı. Əgər doğrudan da Nəzarət Palatası Mərkəzi Bankın kölgəsi olmayacaqsa və Mərkəzi Bank tərəfindən yönləndirilməyəcəksə, Rüfət Aslanlı öz bilik və bacarığını həyata keçirmək üçün həm də iradə və qətiyyət ortaya qoyacaqsa, əminəm ki, bu bank sistemində müsbət dəyişikliklərə gətirib çıxaracaq. Hesab edirəm ki, həm Rüfət müəllim, həm də direktorlar şurasının üzvləri mətbuata, ictimaiyyətə açıq olmalıdırlar. Ona görə ki, bu islahatların dəstəkləmlənməsi üçün ilk növbədə insanlarda inam yaranmalıdır. İnam yaranarsa əmanətçilər aparılan siyasəti dəsətkəyəcəklər. Məsələn, bizim əmanətçiləri narahat edən məsələlərədən biri də müflis oan bankların müflis bank kimi tanınmaması idi. Bəzən bu məsələ illərlə uzanırdı və vətəndaşlar bundan xeyli əziyyət çəkirdi".
Millət vəkili həmçinin "biz, əmanətlərin 3 il müddətinə tam sığortalanması ilə bağlı başqa qanunlar da qəbul etdik", -deyə vurğuladı: "Bu da çox müsbət bir qərardı. Bu halda insanlar proseslərə qatılacaqlar. Hökumət nə qədər uğurlu qərarlar qəbul edir etsin, əgər xalq, insanlar, iş adamları ona inanmayacaq, etimad göstərməyəcəklərsə deməli vəziyyətdən çıxmaq çətin olacaq. Yəni insanlarımızı iqtisadiyyatın yenidən qurulması prosesinə cəlb etmək lazımdır. Sahibkarların təşəbbüskarlığı artırılmalıdır ki, onlar buna inansınlar. Buna görə də önəmli olan inam məsələsidir. Yeni yaranan qurum da sözsüz ki, qəbul etdiyi qərarlarla yanaşı, həm də ictimaiyyətlə işləməlidir ki, cəmiyyət buna inansın. Şəxsən mən buna inanıram və hesab edirəm ki, yeni yaranmış qurum həm prezidentin etimadını doğruldacaq, həm də qarşıya qoyulan vəzifələrə cavab verəcək. Ona görə də buna böyük məmuniyyətlə səs verəcəyəm".
Millət vəkili həmçinin icbari tibbi sığortadan da danışdı: "Tibbi sığorta ilə bağlı məsələni dəfələrlə qaldırmışam. Vaxtilə deputat həmkarımız Əli Əhmədov baş nazirin humanitar məsələlər üzrə müavini təyin olunandan sonra mətbuatda da çıxış etdi ki, icbari tibbi sığortanın tətbiqinə keçiləcək. Amma bu baş vermədi. Dediyim kimi mütləq bu məsələ öz həllini tapmalıdır. İslahatlar kompleks şəkildə aparılmaldır. Nəhayət, Azərbaycanda icbari tibbi sığorta tam tətbiq olunmalıdır. Səhiyyə müəssisələrinin də özəlləşdirilməsi həyata keçirilməlidir. Bu proseslər reallaşacağı təqdirdə hesab edirəm ki, bu sahədə də dövlətin yükü xeyli azalacaq və həmin səhiyyə müəssiələri də dövlət büdcəsinə vergi ödəyəcəklər".
Qüsdrət Həsənquliyev mərc oyunları ilə bağlı məsələyə də münasibət bildirdi: "Burada mərc oyunları ilə bağlı məsələ də qeyd olundu. Mən, bunu dəstəkləyirəm. Amma idman mərc oyunları da elə qumarın bir formasıdır. İnsanlar bəxtlərini sınayırlsar. Mən özüm vaxtilə mərhum Prezident Heydər Əliyev tərəfindən Azərbaycanda kazinolar qadağan olunanda bu siyasəti tam dəstəkləmişdim. Amma indi ölkənin maliyyə durumu belədir ki bundan istifadə etmək mümkündür. Burada qonşu ölkə Gürcüstanın təcrübəsinə də nəzər salmaq olar. Gürcüstanın Batumi bölgəsi kazinoları hesabına çoxsaylı turist cəlb edir. Türkiyədən, İrandan, Azərbaycandan ora turistlər gedir. Düşünürəm ki, Azərbaycanın turist bölgələriundə də belə kazinoların yaradılmasına icazə verə bilərik. Həta ilkin mərhələdə ola bilər ki, biz, Azərbaycan vətəndaşlarına bunu qadağan edə bilərik. Məsələn Malayziyada yerli sakinlərə kazinolara getmək qadağandır. Yalnız xaricilər gedib həmin kazinolarda oynaya bilərlər. Onu da bilirik ki, əksər hallarda kazinolara gedənlər öz ölkələrində deyil, bunun üçün başqa ölkələrə səfər edirlər. Ona görə də bizim Türkiyədən, İrandan, elə Gürcüstanın özündən çoxsaylı turist cəlb etmək imkanımız var. Hesab edirəm ki, hökumət də bu barədə düşünməlidir. Azərbaycanın özündən də çoxsaylı insanlar başqa ölkələrə kazinolarda oynamaq üçün turist səfərləri edirlər. Nəzərinizə çatdıırım ki, hətta bu işi təşkil edən ayrı-ayrı turizm mərkəzləri var. Onun üçün mən təklif edirəm ki bunun da üzərində düşünmək lazımdır. O pulları aparıb xaricdə uduzunca, elə burada uduzsunlar. Onsuz da kazinoda udan olmur, burada uduzsalar, heç olmasa iqtisadiyyatımızın inkişafına töhfə verilər".