“Azərbaycan başqa dövlətlərin mübarizə poliqonu deyil” Siyasət

“Azərbaycan başqa dövlətlərin mübarizə poliqonu deyil”

“İran rəsmiləri açıqlama veriblər ki, İsrail İrandakı hərbi mərkəzlərə hücumu İraqın şimalından həyata keçirib, erməni “ekspertləri” isə elə hey bildirirlər ki, “İsrail Azərbaycan ərazisindən istifadə edib”. Ermənistandakı dairələrin məqsədi aydındır”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib. Onun fikrincə, İrəvan yaydığı dezinformasiyalar vasitəsilə İran-Azərbaycan münasibətlərindəki gərginliyin daha artmasına çalışır: “Əlbəttə, İranın siyasətini sərt tənqid edirik, ancaq Ermənistandan ötürülən dezinformasiya tələsindən özümüzü qorumalıyıq. Azərbaycan başqa dövlətlərin mübarizə poliqonu deyil və olmayacaq, bunu İrandakı dairələr də anlayırlar, sadəcə iranlı “ekspertlər” də erməni qardaşları ilə birləşərək ölkəmiz əleyhinə təxribatlarını davam etdirirlər”.

Əli