“Ermənistan psixoloji baxımdan sınıb” Siyasət

“Ermənistan psixoloji baxımdan sınıb”

Qüdrət Həsənquliyev: "Kiçik itkilərlə Ermənistanı darmadağın etdik"


Milli Məclisin plenar iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev cəbhədə baş verən son durum haqqında danışıb. Millət vəkili Azərbaycan xalqını təbrik edib: "Mənfur işğalçıları öz torpaqlarımızdan qovacağıq. Əsgərlərimiz həqiqətən də böyük şücaət göstəriblər. Ermənilər 22 il müddətində orada dəmir-beton istehkamlar qurmuşdular. Hər zaman öyünərək bildirirdilər ki, əgər Azərbaycan ordusu torpaqları azad etmək istəsə buna cavab verəcəklər. Amma biz, kiçik itkilərlə Ermənistanı darmadağın etdik. Artıq Ermənistan psixoloji baxımdan sınıb. Ona görə ki, illüziyalar dağılıb. Belə bir fikir formalaşdırmışdılar ki, guya Ermnənistan ordusu məğlubedilməzdir və hər zaman Azərbaycanı məğlub edə bilər. Düşünürəm ki, bu qələbələr davam etməlidir".
O təklif edib ki, Milli Məclis adından Ermənistan xalqına və dünya ictimaiyyətinə müraciət qəbul olunmalıdır: "Cənab Prezident də təhlükəsizlik şurasının iclasında söylədi ki, biz, gənclərin ölümünü istəmirik. Əgər erməni anaları istəmirsə ki, öz övladları ölsün, onlar başqa dövlətlərin xüsusi xidmət orqanlarının əlində alətə çevrilmiş Sarkisyan rejimindən xilas olmalıdırlar. Azərbaycanın ərazi bütövlüyünü tanımalıdırlar. Bundan sonra da regionda sülh olmalıdır. Onlar da bütün transmilli layihələrə qoşulmalı, iqtisadi əlaqələr qurulmalı, infrastruktur və kommunkasiya xətləri açılmalıdır, və.s. Düşünürəm ki, biz, belə müraciət etsək, yaxşı olar. Mən əmək haqqımın bir hissəsini Silahlı Qüvvələrin yardım fonduna köçürəcəm. Azərbaycanın bütün imkanlı insanlarına müraciət edirəm ki, Silahlı Qüvvələrin Yardım Fonduna onlar da dəstək göstərsinlər. Bu, təkcə maddi məsələ deyil. Həm də ordu ilə birgə olmağımızın göstəricisi olar. Həm də həmkarlarımı da çağırıram ki, biz bu təşəbbüsə qoşulaq".
Millət vəkili əlavə edib ki, indi Ermənistanda vahimə yaranıb və onlar qaçmağa başlayıblar: "Ermənistan ordusununu rəhbərlərlyi, Ermənistan liderləri başlarını itiriblər, onların havadarları təşviş işərisindədir. Düşünürəm ki, bu məqamdan sona qədər istifadə etməliyik. İşçğalçıların başlarını əzməyin zamanı çatıb. Mən, əminəm ki, bu belə də olacaq".