“Türkiyə-Azərbaycan hərbi təlimlərinin şahidi ola bilərik” Siyasət

“Türkiyə-Azərbaycan hərbi təlimlərinin şahidi ola bilərik”

“Türkiyə və Azərbaycan prezidentlərinin görüşündə müzakirə edilməsi mümkün olan məsələlərdən biri də mövcud Bakı-Tehran gərginliyidir. Xüsusilə bir neçə gün öncə İrana məxsus döyüş təyyarəsinin Azərbaycan sərhədi boyunca provokasiya xarakterli uçuş həyata keçirməsi və İran ordusunun döyüş hazırlığı vəziyyətinə gətirilməsinin iki ölkə başçısının müzakirə mövzularında olması mümkündür”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında Turan Rzayev deyib. Onun sözlərinə görə, Türkiyə və Azərbaycan İranın bu tip təxribatlarına adətən hərbi təlimlərlə cavab verir: “Mümkündür ki, dövlət başçıları bu məsələni müzakirə edib və biz növbəti Türkiyə-Azərbaycan hərbi təlimlərinin şahidi ola bilərik. İranın son təxribatlarına veriləcək ən layiqli cavab Türkiyə-Azərbaycan hərbi hava qüvvələrinin İranla sərhəddə aviasiya təlimləri keçirməsi və ya Xəzər dənizinin İranla sərhədə yaxın hissəsində hərbi dəniz qüvvələrinin təlim keçirməsi ola bilər”.

Əli