2 İyun 2023 12:44
3 206
"Kişinyov danışıqlarında müsbət məqamlar olsa da, nəticə etibarilə bu da Moskva görüşü kimi nəticəsiz qaldı. Təcrübə göstərir ki, nəticəsiz görüşlər həm Ermənistan-Azərbaycan şərti sərhədində, həm də Qarabağda gərginliyi artıra bilər". Bunu Xalqcəbhəsi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. T.Rzayev bildirib ki, Azərbaycan bütün vasitələrindən istifadə edərək Qarabağı danışıqlar masasından kənarda saxlamağa çalışır: "Rəsmi Bakı bunu daxili məsələsi olaraq gördüyü üçün separatizmə qarşı praktiki addımlar atması istisna deyil. Lakin Qərb formatında nəticəsiz görüşlərin davamlı xarakter alması öz növbəsində Ermənistan-Azərbaycan şərti sərhədində gərginliyin artmasına gərtirib çıxara bilər".
11:23
1 162
29 May 09:48
1 680
28 May 15:30
1 995