

"Azərbaycan dövləti qarşıya qoyduğu məqsədə nail oldu. Terrorizm və separtizm ocağı söndürüldü. Suverenliyimizə qarşı təhdidlər ortadan qalxdı.
Bundan sonar Qarabağın erməni sakinlərinin Azərbaycan qanunları və konstitusiyası və qanunları çərçivəsində reinteqrasiyasına köklənməliyik". Bunu Xalqcəbhəsi.az-a açıqlamasında Müasir İnkişaf İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib. Onun sözlərinə görə, artıq Azərbaycan dövləti öz xoşməramlı jestini etdi: "Xankəndiyə yardım göndərildi.
Yevlax görüşündə əldə olunan razılaşmaları biz gerçəkləşdirəcəyik. Xankəndidəki əhali xunta rejimindən xilas edilib və onları Azərbaycan qanunları altında yaşadıqdan sonar fərqi açıq-aydın hiss edəcəklər.
Heç kim Azərbaycanla şərt dilində, ultimatumla danışa bilməz. Danışmaq istəyənlərin aqibəti ortadadır.
Rusiya və onun sülhməramlıları bu proseslərdə ədalətli davrandılar. Nəticədə Azərbaycan ordusu ədaləti 23 saata bərpa etdi.
Mövcud durumu dəyişdirmək və gərginlik yaratmaq istəyən Fransa və Almaniya heç bir nəticəyə nail ola bilməyəcəklər.
Azərbaycan növbəti dəfə tarix yazdı və separatizm ocağını söndürməklə bölgəni daha rahat, təhlükəsiz hala gətirmiş oldu".
Əli