Makedoniyalı deputat və Azərbaycanlı jurnalist cəmiyyət yaratdı Siyasət

Makedoniyalı deputat və Azərbaycanlı jurnalist cəmiyyət yaratdı

Makedoniya parlamentinin deputatı Enes İbrahim və diaspora fəaliyyətindən yazan jurnalist Elnur Eltürk Makedoniya-Azərbaycan Dostluq Cəmiyyəti yaradılması barədə razılığa gəliblər.
Bu barədə məlumatı jurnalist Elnur Eltürk verib. Onun sözlərinə görə belə bir cəmiyyətin ayranması zərurət idi:
"Belə cəmiyyətin yaranması zəruri idi. Dünyanın müxtəlif ölkələrdə diaspor təşkilatları fəaliyyət göstərir. Düşünürəm ki, Makedoniyada da diaspora fəaliyyətin təşkili haqq səsimizin dünyada eşidilməsində böyük təsir göstərər. Bildiyim qədər Makedoniyada iki ölkə arasında əlaqələri gücləndirəcək cəmiyyət yoxdur. Bəlkə də var və bu barədə heç nə eşitməmişəm.
Həmçinin, Makedoniyada Azərbaycanın, Azərbaycanda isə Makedoniyanın diplomatik nümayəndəliyi fəaliyyət göstərmir. Cəmiyyət münasiblərimizin güclənməsinə öz töhfəsini verə bilər.
Cəmiyyətin sədri Makedoniya parlamentinin deputatı tanınmış siyasətçi Enes İbrahimdir. Enes bəy dəfələrlə Azərbaycanda olub və bölgəni yaxşı bilir. Üstəlik, Qarabağla bağlı Makedoniyada bir sıra fəaliyyətləri olub. Makedoniyada gənc və dinamik siyasətçi imiçi qazanıb".