ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib
14 Mart 13:39
14 Mart 13:39
13 Mart 21:31
13 Mart 21:24
2 Dekabr 2023 13:52
3 598
Ermənistan Baş Prokurorluğu keçmiş deputat və biznesmen Aleksan Petrosyanın mülkiyyətini müsadirə etmək tələbi ilə məhkəməyə müraciət edib.
Trend bu barədə erməni KİV-inə istinadən xəbər verir.
Məlumata görə, Baş Prokurorluq bu mülkiyyətin qanuni yolla əldə edilməyini iddia edir. Petrosyanın Armavir şəhərindəki istehsalat sexinin, Artamet kəndində iki torpaq sahəsinin, Talvorik kəndində dörd torpaq sahəsinin, Lenuxi kəndində iki torpaq sahəsinin və sahibi olduğu "MAP" şərab-konyak zavodunda səhmlərinin 60,9 faizinin müsadirəsini tələb edir.
Bundan başqa, Baş Prokurorluq keçmiş deputatın 3,2 milyon dollar çox vəsaitini qanunsuz mülkiyyətdən gələn gəlir qismində müsadirə etməyi tələb edir.
Qeyd edək ki, Ermənistan hökuməti amerikalı reper Snup Doqun sentyabrın 23-də İrəvanda keçirilməsi planlaşdırılan konsertinin təşkilatçılığını da Petrosyanın oğlunun şirkətinə həvalə etmişdi. Hökumət baş tutmayan konsertə görə təşkilatçılara 6 milyon dollar ödəniş etdiyini açıqlayıb.
11:58
700
13 Mart 23:03
1 715
13 Mart 20:26
2 121