Abxaziya Dağlıq Qarabağda səfirlik açacaq Siyasət

Abxaziya Dağlıq Qarabağda səfirlik açacaq

Qondarma "Abxaziya Respublika"sı Xankəndində səfirlik açacaq.
Abxaziya KİV-i xəbər verir ki, bu barədə qondarma dövlətin vitse-prezidenti Vitali Qabniya məlumat verib.
Azərbaycan torpaqlarında yaradılan separatçı qurumun 25 illiyik tədbirində iştirak edən Qabniya Xankəndində Abxaziyanın, Suxumidə isə Dağlıq Qarabağın səfirliyinin açılacağını deyib.
"Biz bir-birimiz anladıq. Qarşılıqlı informasiya dəstəyi, əməkdaşlıq müqavilələri imzalamaq olar".
Separatçı Abxaziya Respublikasının müstəqilliyi Rusiya, Nikaraqua, Boliviya, Venesuela, Nauru və Vanuatu dövlətləri tərəfindən tanınıb.
Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Bayram Səfərov Xankəndində səfirlik açılacağı təqdirdə konkret nəsə deyə biləcəyini söyləyib.
"Bir halda ki, adı qondarma olan dırnaqarası dövlət öz aləmində səfirlik açırsa, açsın görək necə açır. Əgər bu gerçək olarsa, o zaman biz də hücum planımızı həyata keçirəcəyik. Deyəcəyik ki, ay Abxaziya, ar olsun sənə! Amma belə bir hal baş verərsə, ölkəmizin xarici işlər nazirliyi var. Onlar ilkin addımlarını atacaqlar. Hələlik açılmayan bir səfirlik haqqında geniş fikir söyləyə bilmərəm. Öncə, bir səfirlik açsınlar, görək açacaqlar yoxsa yox".
Xarici İşlər Nazirliyinin (XİN )mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin cavabı isə qısa oldu.
"Xarici işlər nazirliyi qondarma dövlətlərin "özfəaliyyətlərini" şərh etmir"