“İsa Qəmbər 10-u 5-ə belə düzgün bölə bilmir” Siyasət

“İsa Qəmbər 10-u 5-ə belə düzgün bölə bilmir”

Sahib Alıyev: "Ancaq utanmadan durub kürsüdən camaata ağıl öyrədir"

"İsa Qəmbər 10-u 5-ə belə düzgün bölə bilmir. Ancaq utanmadan durub kürsüdən camaata ağıl öyrədir". Bu fikirləri millət vəkili Sahib Alıyev Müsavatın 18 sentyabr mitinqi zamanı İsa Qəmbərin səsləndirdiyi fikirlərə münasibət bildirərkən qeyd edib: "Mitinqdə İsa Qəmbər Azərbaycanda 5 milyon ailənin olduğunu deyib. Ölkəmizdə vətəndaşların sayı artıq 10 milyona yaxınlaşır. İsa Qəmbər də bir ailədə ortalama 5 adamın yaşadığını əsas gətirərək on milyonu beşə bölüb və 5 milyon alıb. Fikir verin, bu adam onu beşə düz bölə bilmir. Hakimiyyəti də onda suçlandırır ki, başında durduğu düşüncə mərkəzinin "ölkənin böyük uğur qazanması üçün işləyib hazırladığı proqram"ı rədd edib. Yox, bu hakimiyyət hələ digər keyfiyyətlərini demirik, onu beşə düzgün bölə bilməyən birinin göstərdiyi yolla gedəcəkmiş".