“Vətəndaşlar dəyişiklikləri dəstəklədiyini nümayiş etdirdi” Siyasət

“Vətəndaşlar dəyişiklikləri dəstəklədiyini nümayiş etdirdi”

Nəriman Əliyev: "Səsvermə günü xalqın daha güclü Azərbaycana səs vermələri bunun bariz, məntiqi nəticəsidir"

Azər Badamov: "Seçkilər tam şəffaf keçirildi və ölkə əhalisi səsvermədə yüksək aktivlik nümayiş etdirdi"

Naibə Hacıyeva: "Berlində - Azərbaycan səfirliyində hər şey demokratik prinsiplərə uyğun, şəffaf və yüksək səviyyədə təşkil olunmuşdu"


Sentyabrın 26-da Azərbaycanda Konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) keçirilib. Vətəndaşlar 125 seçki dairəsi üzrə 5 627 seçki məntəqəsində səs verib, Konstitusiyanın 29 maddəsi üzrə təklif edilən dəyişikliklərə münasibətlərini bildiriblər. Azərbaycanda referendumu 18 beynəlxalq təşkilatın 117 müşahidəçisi izləyib.
Bütün yerli və beynəlxalq təşkilatlar, eyni zamanda referendumu izləyən müşahifəçilər səsvermənin şəffaf, demokratik, beynəlxalq normalara uyğun və ytüksək seçici fəallığı ilə baş tutduğunun ifadə ediblər.
Millət vəkili Nəriman Əliyev bildirib ki, həyata keçirilən demokratikləşmə strategiyasında xalq-hakimiyyət birliyi əsas aparıcı qüvvə olmaqla vətəndaş cəmiyyəti quruculuğu prosesinə daima öz müsbət töhfəsini verməkdədir: "Belə ki, demokratik prinsiplərə sadiqliyi ilə diqqət çəkən Azərbaycanda bu istiqamətdə həyata keçirilən islahatların uğurlu nəticələri artıq göz qabağındadır. Bu xüsusda vurğulamaq yerinə düşər ki, respublikamızda formalaşan qanunvericilik bazasının təkmilləşdirilməsi, icra mexanizmlərinin tənzimlənməsi, çoxpartiyalı sistemin inkişaf etdirilməsi, insanlara sərbəst toplaşmaq azadlıqlarının verilməsi Azərbaycan demokratiyasının davamlı inkişafından xəbər verir. Bu gün müstəqil Azərbaycan öz siyasətini məhz möhkəm təməllər üzərində qurub. İnsan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması, vətəndaşlarımızın sosial həyatlarının daha da yaxşılaşdırılması, dövlət idarəçiliyində ən modern siyasi mexanizmlərin işə salınması və s. mühüm faktorlar da bu amili ehtiva etməkdədir. Dövlətimizin də yürütdüyü siyasətində priortet məsələ kimi qiymətləndirilən bu məsələ 26 sentyabrda baş tutmuş Referendum Aktı layihəsi çərçivəsində, ümumxalq səsverməsi ilə özünü təsdiqlədi. Belə ki, Prezident İlham Əliyevin Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi məqsədilə irəli sürdüyü təşəbbüs də Azərbaycan dövlətinin insan hüquq və azadlıqlarının qorunmasına, ölkənin hərtərəfli inkişafına göstərdiyi diqqətin bariz nümunəsi kimi dəyərləndirildi. Belə ki, sentyabrın 26-da keçirilən səsvermənin yüksək fəallıq şəraitində keçməsi referenduma çıxarılan məsələlərin Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadığını, ölkə vətəndaşlarının mütləq əksəriyyətinin Konstitusiyaya təklif olunan əlavələr və dəyişiklikləri dəstəklədiyini nümayiş etdirdi. Səsvermə günü xalqın böyük izdihamla seçki məntəqələrinə gedərək, daha güclü Azərbaycana səs vermələri bunun bariz, məntiqi nəticəsidir".
Millət vəkili Azər Badamov da "referendumun nəticələrini çox müsbət dəyərləndirirəm", - deyə bildirib: "Seçkidə 70 faizə qədər seçicinin iştirak etməsi və seçicilərin 90 faizdən çoxunun dəyişikliklərə "hə" deməsi kontitusiyada edilən dəyişikliklərin xalqın iradəsinə uyğunluğunun göstəricisidir. Konstitusiyada ediləcək dəyişikliklərə münasibət bildirməkdə seçicilərə tam azad şərait yaradılmışdı. Təkliflər cənab prezdent tərəfindən olduğuna görə seçicilər böyük ruh yüksəkliyi ilə səsvermədə iştirak etdi. Bu, bir daha xalqın ölkə başçısına olan etimad və dəstəyin göstəricisidir".
Onun sözlərinə görə, bizə ən əsası xalqın seçkiyə münasibəti və seçkidə iştirakı idi: "Seçkilər tam şəffaf keçirildi və ölkə əhalisi səsvermədə yüksək aktivlik nümayiş etdirdi. Referendum bir daha göstərdi ki, Azərbaycan vətəndaşı ölkənin gələcək inkişafını cənab İlham Əliyevin siyasi xəttində görür. Ölkə başçısının apardığı siyasi kursunun xalqın iradəsinə uyğunluğunu bir daha sübut olundu. Beynəlxaq müşahidə aparanlar da seçkinin keçirilməsi və yaradılmış demokratik şəraitdən tam məmnun qaldılar. Seçkilər seçki məcəlləsinə tam uyğun şəkildə təşkil olduğunu və azad seçim edildiyini hamı etiraf etdi və rəylərində də göstərdilər. Amma , çox təəsüflər olsun ki, ölkəmizi istəməyən və bizə qara yaxmaq istəyən qüvvələr mövcuddur və düşünürəm ki, onlar öz istədiklərini deyəcəklər. Biz buna öyrəşmişik və onların natəmiz fikirləri bizə maraqlı deyil. Bizə ən əsası qeyd etdiyim kimi Azərbaycan vətəndaşın fikridir".
Millət vəkili əlıavə edib ki, referendumda ümumi seçicilərin 70 faizə qədərin iştirakı və təkliflərin 90 faiziindən çoxuna "hə" deməsi təbi ki, hakimiyətə xalq inamın göstəricisidir: "Cənab prezdentin rəhbərliyi altında ölkəmizdə keçirilən sosial-iqtisadi islahatlar nəticəzində Azərbaycan inkişaf etmişdir. Ölkə ərazisində elə bir yaşayış məntəqəsi yoxdur ki, orada hər hansı bir sosial layihə həyata keçirilməsin . Elə bir ölkə vətəndaşı tapılmaz ki, ölkəmizdə keçirilən inkişafdan yararlanmasın. Bütün bu işləri hamı görür və dəyərləndirir. Ölkə əhalisi referenduma çıxarılan məsələləri yüksək səviyyədə dəstəkləməklə dövlət başçısına inamının olduğunu göstərdi. Xalq, Azərbaycanın işıqlı gələcəyini cənab İlham Əliyevin rəhbərliyi altında görür. Məhz belə olan halda ölkəmizdə daha iri sosial-iqtisadi islahatlar həyata keçiriləcək, ölkəmiz inkişaf edəcək, güclənəcək və qarşıya qoyduğu hər bir hədəfə nail olacağıq".
O əlavə edib ki, sentyabrın 26-da keçirilən referendumda həm bir vətəndaş kimi səs verdim, çoxsaylı məntəqələrdə seçki prosesini izlədim: "Bir daha əmin oldum ki, səsverməyə çıxarılan məsələlər Azərbayacan vətəndaşının iradəsinə uyğundur. Demək olar ki, hər bir seçici nəyə səs verdiyini bilirdi və böyük ruh yüksəkliyi ilə seçkiyə qatılırdı. Məsələn, Qusar rayonun Bədişqala kəndində 105 yaşlı yaşlı qadının şəxsən səsvermədə iştirak etməsini xüsusilə qeyd etmək istəyirəm və bu bir daha vətəndaşın ölkə başçısına olan məhəbbətin göstəricidir. Qanun pozuntuları, seçicilərə təzyiq və yaxud da hər hansı bir məcbur etmə halları müşahidə etmədim. Sonda qeyd etmək istəyirəm ki, tam şəffaf, demokratik seçki keçirildi. Vətəndaşlara azad şəkildə dəyişikliklərə münasibət bildirməyə şərait yaradıldı və xalq öz istəyinə səs verdi".
Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov referendumun ölkə iqtisadiyyatının çevik idarəetmə mexanizminə keçidi baxımından mühüm mərhələ olduğunu dedi: "Xalqımız bir daha Prezident İlham Əliyevin yanında olduğunu, onun siyasətini dəstəklədiyini sübut etmiş oldu. Olduqca mühüm tarixi mərhələni yaşayırıq. Bu həm qürurverici, həm də məsuliyyətli dönəmdir. Hər dövrün öz siyasi və iqtisadi tələbləri var. Bu tələbləri qarşılamaq üçün innovativ idarəçilik mexanizmi qaçılmaz idi. Bu Referendum həm də gənclər üçün yeni imkanlar açacaq. Artıq yüksək potensiallı, sağlam əqidəli istənilən gənc dövlət idarəçiliyinə cəlb olunma imkanı qazanacaq. Hesab edirəm bu Ulu Öndər tərəfindən əsası qoyulan gənclər siyasətinin ən konstruktiv davamıdır. Lakin iş hələ indi başlayıb. Qarşıda bizi gərgin və məsuliyyətli dönəm gözləyir. Biz Prezidentə islahatlar zamanı dəstək olmalı, ölkəmizin daha da çiçəklənməsi yolunda əlimizdən gələni etməliyik".
Referendumun nəticələrindən danışan‚ siyasi ekspert Mirsamir Məmmədov isə qeyd edib ki, ölkə əhalisi cənab Prezidentə olan sevgisini‚ göstərdiyi yüksək etimadla bir daha sübut etdi. O, əlavə edib ki, beynəlxalq müşahidəçilər də prosesə müsbət rəy bildirdilər: "Eyni zamanda "Exit-poll" keçirən təşkilatlar da referendumun demokratik şəraitdə keçdiyini açıqladı. Göründüyü kimim hər hansı qanundankənar hal aşkarlanmayıb. Xarici müşahudəçilərin rəyləri bunu təsdiqləyir. Bir sözlə referendum demokratik, şəffaf və seçici fəallığı ilə baş tutdu".
O, həmçinin əlavə edib ki, referendum Azərbaycan xalqının düşmən qüvvələr qarşısındakı qələbəsidir. Politoloq bildirib ki‚ xalqımız bir daha öz taleyinin həllinə‚ uğurlu gələcəyinə‚ işıqlı sabahına imza atdı: "Bu uğurlu seçimi üçün bütün Azərbaycan xalqını təbrik edirəm! Xalqımızın seçimi və rəyi ölkəmizin parlaq uğurudur. O uğur ki‚ bütün dünya‚ bütün düşmən qüvvələr var qüvvələrilə pozmağa çalışdılar‚ hər vəchlə uğura və zəfərə gedən yolumuzu əngələməyə cəhd etdilər. Lakin qətiyyətli və prinsipial olan Azərbaycan xalqı səsverməyə getdi və öz uğurlu gələcəyi üçün səs verdi. Sentyabrın 26-da ölkəmizdə keçirilmiş Referendum səsverməsi bütün Azərbaycan xalqının qətiyyətli mövqeyini ifadə etdi. Səsvermə xalqımızın qətiyyətli mövqeyini bir daha əks etdirdi. Xaricdəki anti-Azərbaycançı qüvvələr və buradan onlara bağlı olan bir çoxları dövlətçiliyimizin güclənməsi və ölkəmizin daha da inkişafı yönündə atılan islahatlar prosesinə mane olmağa çalışsalar da‚ yekun olaraq hər zamankı kimi öz gələcəyini və öz müqəddəratını düşünən ölkə əhalisi yüksək fəallıqla Dövlət Başçısının islahatlar təşəbbüsünü alqışlayaraq dəstəklədi. Keçirilmiş Referendumun nəticəsi bir daha xalqımızın cənab Prezidentə olan sonsuz etimadının göstəricisidir. Ölkə əhalisi dövlət başçısına ütimadını 26 sentyabr səsverməsində göstərdi. Xalqımız bir daha sübut etdi ki‚ O‚ Dövlət Başçısının yanındadır və yüksək səviyyədə dəstəkləyir. Hesab etmək olarki Azərbaycan xalqının seçimi bütün dünyaya açıq mesajdır. Referendum və Konstitusiya dəyişikliyi cənab Prezidentin xalqımızın uğurlu gələcəyinə dair son dərəcə uğurlu bir təşəbbüsüydü və xalqımız da yekdilliklə ölkə rəhbərinin uğurlu islahatlarına hə deyərək dəstək vermiş oldu. Beynəlxalq Təşkikatlar və dünya birliyi də Azərbaycan xalqının dövlət başçısına rəğbətini görmüş oldu. Çünki Referendumu xalq həyata keçirdi‚ səsverməyə gələn xalq da öz iradəsini sərgiləyərək "Hə" dedi. Azərbaycan xalqının mövqeyi və rəyi heçbir kənar qüvvələr və hər hansı təşkilatlar tərəfindən müzakirə oluna bilməz. Ölkəmizdəki uğurlu dövlətçilik islahatları prosesi ilə bağlı son sözü xalqımız demiş oldu.
Bu Referendum birbaşa ölkədəki köklü islahatların təməli idi. Hər zaman xalqımızın maraqlarının qorunmasına‚ ölkə əhalisinin rifahının daim yaxşı olmasına çalışan dövlət başçısı hər zaman xalqın xidmətçisi olduğunu mütamadi səsləndirir. Eləcə də ölkəmizdə "hər bir məmur bundan açıq şəkildə nəticə çıxartmalıdır deyə" ölkə rəhbəri tez-tez öz çıxışlarında bəyan edir. Ölkəmizdə başlayacaq olan islahatlar konsepsiyası isə Dövlətimizin Başçısının insanpərvərlik‚ hümanizm ölkə əhalisinin rifah halının yaxşı olması yönündəki siyasətində yarıtmaz fəaliyyət göstərən‚ özbaşınalıqlar edən‚ vəzifə səlahiyyətlərindən sui-istifadə edən bir çoxları çox sərt şəkildə cəzalandırılacaq və bu parametrlərdə olan istənilən şəxs vəzifəsindən kənarlaşdırılacaq".
Qeyd edək ki xaricdə yaşayan həmvətənlərimiz də səsvermıədə aktiv iştirak ediblər. Almaniyada yaşayan Naibə Hacıyeva da proseslə bağlı öz fikirlərini facebookda bölüşüb: "Berlində - Azərbaycan səfirliyində hər şey demokratik prinsiplərə uyğun, şəffaf və yüksək səviyyədə təşkil olunmuşdu. Təqribən 600 kilometr yol qət edib səs verdik. Vətənimizə, xalqıməza, dövlətimizə xeyirli, düşərli və ugurlu olsun".