4 Mart 2024 12:25
2 793
“Nikol Paşinyan 31 kəndin və 170 kvadratmetr ərazinin Azərbaycanın nəzarətinə (və ya əlinə) keçdiyini açıqlayıb və bir xəritə paylaşıblar”. Bunu xalqcəbhəsi.az-a siyasi şərhçi Əziz Əliəyli deyib. O, bildirib ki,
Ermənistan bu iddialar ilə sülh prosesinə zərbə vurmağa çalışır. Bununla yanaşı İrəvanın konkret hədəfləri var: “ Bunu anlamaq üçün iki detalı bölüşmək lazımdır;
1. Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri deyib ki, Fransa bizə çox modern silahlar verib.
2. Niyə 31 kənd məsələsi ortalığa atılır?
Qazaxın 7 kəndinin və Kərkinin qaytarılması ilə bağlı Azərbaycanın artan real tələblərinə cavab vermək və bununla da sülhdən qaçıb, Fransadan aldığı silahları işə salmaq planları var.
Bəs, 31 kənd iddiası nə deməkdir?
Deməli, son müharibədən sonra GPS ilə müəyyənləşən yeni postlarımiz elə zonalara düşür kı, orda mütləq erməni kəndi var: Cermux kimi, Qafan aeroportu kimi nümunələr çoxdur.
Çünki faktiki sərhədin olmamasından istifadə edib, Azərbaycan torpaqlarını öz əraziləri kimi istifadə ediblər, indi torpağın sahibi gəlib və adamlar dünyaya car çəkirlər ki, 31 kəndimizi Azərbaycan nəzarət altına alıb”.