7 Mart 2024 09:51
2 100
Qərb Ermənistanı elə bir alovun içərisinə atmaq istəyir ki, bundan sağ çıxmaq üçün heç bir vasitə yoxdur. NATO-ya Ermənistanın Qərb tərəfindən sürüklənməsinə boğazına kəndir keçirilmiş, məhkumun dar ağacına aparılması kimi baxmaq olar. Amma bu məhkum özü də asılmağa meyllidir. Özü-öz ölümünə gedir desək yanılmarıq.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.
Onun sözlərinə görə, istər Ukrayna, Gürcüstan, istərsə də indi Ermənistanın qərbyönlü rəhbərlərini reallıq hissindən çox, onların utopik düşüncələri idarə edib və ya indi də edir. Bu insanlar əvvəla Qərbi hər şeyə qadir hesab edir, eyni zamanda, onların qərbyönlü düşüncə tərzində beyinlərinə Qərbin nəzəri bilikləri ilə doldurulmuş fikirlərinin əslində, real Qərb düşüncəsi ilə təzadlarının, yəni üst-üstə düşməməsinin problemini yaşayırlar:
"Onlar hesab edirlər ki, dünyanın hər yerində hər şey nəzəri olaraq həyata keçirilir. Yəni bir xalq istəyirsə, hansıki əslində, bu, normal və təbii istəkdir, bu gün kimdənsə asılı olar, sabah fikrini dəyişər və istədiyi dəyişikliyi edə bilər. Onlar reallığı nəzərə almırlar. Utopist fikirlərlə öz xalqlarını məhvə sürükləyirlər. Rusiya kimi dövlətin yanında açıq Qərbyönlü olmaq istəyi ancaq elə utopistlərin işi ola bilər. Belə insanlar öz qurduqları nağıllar aləmində yaşayırlar.
Amma bir gün nağıl sona çatır. Ayılanda isə cəhənnəmdə olduqlarını görürlər. Qərb isə onların cəhənnəmdəki odlarına odun atmağa davam edir. O vaxta kimi ki, Rusiya ilə hansısa razılığa gəlsin. Ermənistanın gələcəyini bədii şəkildə təsvir etdikdən sonra onu qeyd etmək yerinə düşər ki, erməni toplumu
özünü cəhənnəmə atmağa maraqlı toplumdur. Atəşləri bol olsun!".
Cavid