Mosuldan sonra hədəfdə Raqqadır Siyasət

Mosuldan sonra hədəfdə Raqqadır

Fransanın müdafiə naziri: "Beynəlxalq koalisiya ilə Türkiyənin ortaq hədəfi terror təşkilatını aradan qaldırmaqdır"

İraqın Mosul şəhərinin İŞİD terrorçularından azad edilməsi üçün aparılan əməliyyatlar davam edərkən, koalisiya ölkələrinin təmsilçiləri son bir həftə ərzində ikinci dəfə Fransada bir araya gәliblər. Əməliyyata dəstək verən 13 ölkənin müdafiə nazirləri Mosuldan sonra Suriyanın Raqqa şəhərini də terrorçulardan azad etmәyi hәdәflәyirlər.
Yığıncaqdan sonra verilәn açıqlamada əməliyyatın planlaşdırıldığı şəkildə davam etdiyi, ancaq tam qələbə üçün regiondakı əsas faktorlar və yerli müttəfiqlərlə əməkdaşlığın şərt olduğu vurğulanıb. Fransanın Müdafiә naziri Jean-Yves Le Drian və amerikalı hәmkarı Eşton Karter keçirdiklәri birgə mətbuat toplantısında Türkiyənin də İŞİD-lə mübarizədə koalisiyasının önəmli üzvü olduğunu deyiblər. "Türkiyə İŞİD-ə qarşı mübarizə aparan koalisiyanın vacib üzvüdür. Beynəlxalq koalisiya ilə Türkiyənin ortaq hədəfi terror təşkilatını aradan qaldırmaqdır", — Fransanın müdafiə naziri bildirib. Eşton Karter dә İraq və Suriyanı bu bәladan təmizləmək məcburiyyətində olduqlarını bildirib: "Müttәfiqimiz olan türk əsgərləri və yerli döyüşçülərlə sərhəd təhlükəsizliyini təmin edirik. Çünki İŞİD Türkiyənin də başına bәla olub və Türkiyə bu mübarizəyə xüsusi əhəmiyyət verir".