Putin və Ərdoğan arasında danışıqlar yekunlaşıb
12 Dekabr 15:40
12 Dekabr 15:40
12 Dekabr 12:46
12 Dekabr 12:00
25 Oktyabr 2024 16:18
3 122
“Avropa İttifaqının özündə də həmrəylik yoxdur. Bunun acı nəticəsini də dotasiyalarla qidalanan dövlətlər çəkir”. Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
Ş.Həsənova əlavə edib ki, Aİ insan hüquqları komissarı bir dəfə də olsun sadaladığımız faktlardan danışmır: “Siyasi korrupsiyanın özəyinə, erməni lobbisinin yuvasına çevrilmiş Avropa Parlamenti COP29 ərəfəsində Azərbaycanı hədəf götürüb. Məktublarda Nikol Paşinyanı “vətənpərvər” adlandıraraq sözlərlə başına gül tökməklərin səbəbi necə də aydın görünür. Necə olur ki, həbsxanadakı separatçılardan narahatsınız, amma Birinci Qarabağ savaşında nə öldüyü, nə qaldığı məlum olmayan insanların əzizlərinin halı sizi narahat etmir? Azərbaycanın yürütdüyü siyasət separatizmin kökünü tamamilə bütün regionda kəsməyə yönəlib. Məqsəd Cənubi Qafqazın iqtisadi zonaya çevrilərək təlatümlərdən təbii yollarla uzaq tutulmasıdır. Qərb isə özündə hökm sürən qeyri-təbii dəyərlərlə regionumuzu çirkaba batırmaq istəyir”.
Röya İsrafilova
12 Dekabr 17:54
1 757
12 Dekabr 16:38
1 071
12 Dekabr 16:30
1 022