26 İyun 17:12
16 Noyabr 2024 14:59
3 346
Seçkilərin nəticələrinə yekun vurulan Mərkəzi Seçki Komissiyasının iclasında səs-küy yaranıb.
Gürcüstan mətbuatı xəbər verir ki, "Birlik – Milli Hərəkat”ın MSK-dakı nümayəndəsi Davit Kirtadze MSK-nın sədri Giorgi Kalandarişvilini “qara ləkə" adlandırıb və üzərinə qara boya atıb.
Mübahisə Kirtadzenin seçkilərlə bağlı bəyanatından sonra yaranıb, burada o, Kalandarişvilini “Toçka Ru” adlandırıb və bundan sonra reqlamentdə nəzərdə tutulan müddət bitdiyinə görə onun mikrofonu söndürülüb.
Kirtadze əvvəlcə Kalandarişviliyə üz tutaraq, çıxışını bitirmək üçün mikrofonu işə salıb, sədr bundan imtina edib və buna səbəb kimi reqlamenti göstərib.
Kirtadze Kalandarişviliyə bu sözlərlə müraciət edib:
“Siz ayıbsınız, ölkəmizin ayıbısınız. Sən qara ləkəsən”.
Bundan sonra müxalifət nümayəndəsi ona qara boya atıb
26 İyun 16:31
3 668
26 İyun 16:18
3 325
26 İyun 16:16
3 472