17 Dekabr 23:42
Hərbi Prokurorluq əsgərin xəstəlikdən ölməsi faktı üzrə araşdırma aparır
“Azərbaycan-BƏƏ münasibətləri müasir beynəlxalq əlaqələrdə uğurlu tərəfdaşlıq modelidir”
"Azərbaycan Ermənistanı Rusiya və İranın buxovundan çıxarır"
Prokuror Ruben Vardanyanın ömürlük azadlıqdan məhrum edilməsini təklif edib
Türkiyə PUA hadisəsindən sonra ölkələri ehtiyatlı olmağa çağırıb
2 Dekabr 2024 19:37
2 807
Dekabrın 2-də Tiflis şəhərində Azərbaycanın və Gürcüstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Xalqcebhesi.az-a verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Gürcüstan nümayəndə heyətinə isə Gürcüstan Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Qiorqi Tabatadze rəhbərlik edib.
Konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə ikitərəfli sənədlərin imzalanması barədə fikir mübadiləsi aparılıb.
Tərəflər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması və onlara konsulluq yardımının göstərilməsi mövzusu üzrə müzakirələr keçirib, yaranmış çətinliklərin aradan qaldırılması üçün əməkdaşlığın intensivləşdirilməsinə dair razılığa gəliblər.
Azərbaycanla Gürcüstan arasında ədliyyə, miqrasiya, təhsil, humanitar, sosial müdafiə və digər vacib sahələr üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, müvafiq sahələr üzrə əlaqələrin gücləndirilməsi istiqamətində birgə tədbirlərin vacibliyi vurğulanıb.
Danışıqların sonunda iki ölkənin nümayəndə heyətlərinin rəhbərləri tərəfindən görüşün protokolu imzalanıb.
13:36
357
12:48
630
12:38
602