19 Noyabr 17:13
19 Noyabr 15:19
17 Dekabr 2024 12:11
3 878
“Emmanuel Makron başda olmaqla Fransa hakimiyyətinin müstəmləkə ərazilərində yerli əhaliyə qarşı ayrı-seçkilik həyata keçirməsi yürüdülən siyasətin bütün mahiyyətini özündə əks etdirir. Fransanın bu gün insan haqlarından, demokratiyadan danışmağa mənəvi haqqı yoxdur”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib.
M.Qasımlı Fransanın yeni müstəmləkəçilik siyasətini müxtəlif formada həyata keçirdiyini vurğulayıb: “Bunların cərgəsində həmin ərazilərin sosial-iqtisadi inkişafına mane olmaq, ətraf mühiti çirkləndirmək, dillərinin inkişafına mane olmaq, sıradan çıxarmaq və həmin ərazilərdə demokrafik şəraiti dəyişməkdən ötrü fransızları köçürməkdir. Bütün bunlar Fransanın götürdüyü, imzaladığı beynəlxalq hüquq normalarından irəli gələn prinsiplərin pozulmasıdır. Fransanın heç bir yerdə insan haqlarından danışmağa mənəvi haqqı yoxdur”.
Röya İsrafilova
19 Noyabr 20:44
763
19 Noyabr 18:02
812
19 Noyabr 17:16
805