19 Noyabr 17:13
19 Noyabr 15:19
"Mossad" rəhbəri ABŞ-ni İrana qarşı müharibəni bərpa etməyə çağırıb
Emin Əmrullayev Məleykə Abbaszadəni BDU-nun kollektivinə təqdim edib
“Eternity-2026” çərçivəsində Azərbaycan-Gürcüstan nümayəndələrinin görüşü keçirilib
Bakıda iki gün bəzi yollarda hərəkət məhdudlaşdırılacaq, 6 marşrutun sxemi dəyişəcək
9 Yanvar 2025 10:47
3 276
“Cənab Prezident İlham Əliyevin yerli kanallara müsahibəsində Ermənistanın siyasətinin təhdid yaratdığını göstərdi və Azərbaycanın bütün bu təhdidlərə cavab verəcəyini bildirdi. Ən vacib məsələlərdən biri ondan ibarətdir ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin yoluna qoyulmasından ötrü Azərbaycanın təqdim etdiyi metodologiyanın, tənzimləmə üsullarının Ermənistan tərəfindən qəbul edilməsidir”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib.
Vitse-spiker qeyd edib ki, müsahibədə diqqəti ən çox cəlb edən məsələlərdən biri Ermənistanın sürətlə silahlanmasına qarşı Azərbaycanın müdafiə xərclərini artırmasıdır: “Əgər həmin xərclər artmasaydı, o zaman Azərbaycan məsrəfləri Qarabağın və Şərqi Zəngəzurun bərpasına, eyni zamanda, digər sosial problemlərin həllinə yönəldərdi. Amma nəzərdən qaçırmayaq ki, Azərbaycan dövləti cənab Prezidentimizin liderliyində həm ölkənin etibarlı müdafiəsini təşkil edir, həm Şərqi Zəngəzur və Qarabağda dirçəliş işləri aparır, heç bir ölkənin yardımı olmadan bütün bu işləri görür, həm də sosial məsələləri sistemli şəkildə həll edir. Ölkənin bütün digər rayonlarında da bu inkişafı görmək mümkündür”.
Röya İsrafilova
19 Noyabr 20:44
826
19 Noyabr 18:02
889
19 Noyabr 17:16
868