İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
21 Yanvar 2025 07:38
2 695
Davos İqtisadi Forumu bu il də dünyanın bir çox liderlərinin toplaşdığı bir platforma olacaq. Davos İqtisadi Forumu artıq iqtisadi mahiyyətindən çox siyasi xarakter daşıyır.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.
O, qeyd edib ki, keçirilən görüş və panel tədbirlərdə dünyanın iqtisadi mənzərəsinin siyasi aspektləri daha çox önə çıxır:
"Liderlər dünyanın aparıcı texnologiya şirkətlərinin rəhbərləri ilə görüşür, onlarla əməkdaşlığın perspektivlərini müzakirə edirlər. Tədbirdə dünyanın siyasi və iqtisadi elitasının iştirakı ilə yanaşı bu il orta biznesin də təmsilçilərinin iştirakı gözlənilir. Görünən odur ki, dünya iqtisadiyyatında orta biznesin rolunun artırılması üçün planlar hazırlanır.
Azərbaycan Prezidenti İlham Əliyevin də ardıcıl iştirak etdiyi Davos İqtisadi Forumu Azərbaycan dövləti üçün də öz əhəmiyyəti ilə fərqlənir. Azərbaycan bu tədbirdə özünə yeni tərəfdaşlar qazanır, ölkənin müxtəlif sahələrini əhatə edən yenilikləri ölkəyə gətirir. Hesab edirəm ki, Cənab Prezidentin bu səfəri də əvvəlki görüşlərdə olduğu kimi məhsuldar olacaq. Azərbaycanın iqtisadiyyatının inkişafı istiqamətində yeni addımlara zəmin yaradılacaq".
Cavid
13:39
672
16 Yanvar 18:35
2 086
16 Yanvar 17:57
2 009