“Azərbaycan beynəlxalq münasibətlərdə etibarlı tərəfdaşa çevrilib”
27 Oktyabr 18:38
27 Oktyabr 18:38
27 Oktyabr 14:31
27 Oktyabr 14:27
13 Mart 2025 15:12
3 402
BMT Təhlükəsizlik Şurası fərqli formatda işləyir.
APA xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Geosiyasi Dəyişmələr: Məsuliyyətli Tərəfdaşlıq Rəqabətə qarşı” mövzusunda paneldə Çin Hökumətinin Avropa məsələləri üzrə sabiq xüsusi nümayəndəsi Vu Honqbo deyib.
O bildirib ki, bəzi ölkələr TŞ-nın veto hüququndan müəyyən hallarda sui-istifadə edir: “Biz konstruktiv dialoqa başlamalı, vədlərimizi əməllərə çevirməliyik. Deyilənlər əməldə əksini tapmır. Məsələn, TŞ-nın qətnamələri mütləq qüvvəyə malikdir. Lakin bəzi ölkələr bu qətnamələri seçim əsasında tətbiq edir, TŞ-nin beş daimi üzvü isə buna ikili standartlarla yanaşır. Biz BMT sistemini düzəltməliyik, tarixi ədaləti bərpa etməliyik, xüsusilə Afrika ölkələrinə, inkişaf edən ölkələrə qarşı. Bunu BMT səviyyəsində etməliyik”.
Vu Honqbo ABŞ və Çin arasındakı münasibətlərə də toxunub.
“Çin inanır ki, həm Çin və ABŞ dost ola bilərlər”, - o əlavə edib.
27 Oktyabr 21:05
672
27 Oktyabr 20:14
917
27 Oktyabr 19:55
987