“Ermənilər faciələrlə üzləşəcəklər” Siyasət

“Ermənilər faciələrlə üzləşəcəklər”

Ermənilər hər zaman ya Azərbaycan, ya da Türkiyənin onların təxribatlarına kəskin reaksiya verə biləcəyindən qorxur.
Bu sözləri politoloq İlqar Vəlizadə deyib. O, ermənilərin Naxçıvana iddialarını erməni xislətinə uyğun xəstə təxəyyülün məhsulu olaraq dəyərləndirib:
"Ermənilərin qonşu torpaqlarına iddiaları və fobiyaları qaldığı müddət ərzində onlar faciələrlə üzləşəcəklər. Söhbət ondan gedir ki, Azərbaycan Türkiyə ilə dost və qardaş ölkədir. Türkiyə ilə bir çox sazişlər bağlamışıq, o cümlədən hərbi strateji əməkdaşlıqla bağlı sazişə də malikik. Bu sazişlərə əsasən hərbi təlimlər apara və hərbi əməkdaşlıq edə bilərik. Heç bir ölkə bu təlimlərə qarışa bilməz. Ermənilər hər zaman ya Azərbaycan, ya da Türkiyənin onların təxribatlarına kəskin reaksiya verə biləcəyindən qorxur. Belə təlimlərin keçirilməsi onu göstərir ki, Azərbaycan və Türkiyə bu təxribatlara cavab verməyə qadirdir. Onlar bunu çox gözəl başa düşürlər. Ona görə təşvişə düşüblər.
Onu da qeyd edim ki, bu təşviş ermənilərin daxili panik vəziyyətinin təzahürüdür. İnanmıram ki, Ermənistanın digər rəsmiləri Daşnaksütyunun Naxçıvan iddiası ilə bağlı ciddi reaksiya versin. Çünki onların əsas hədəfi bu məsələyə digər müttəfiqlərin, xüsusilə, Rusiyanın diqqətini cəlb etməkdir. Lakin bu ölkələrin öz maraqları var və onlar ermənilərə görə öz maraqlarını qurban verə bilməzlər".
Qeyd edək ki, bundan öncə Ermənistanın Daşnaksütyun Partiyasının rəsmi nümayəndəsi Kiro Manoyan Qarabağda böyük savaş riskinin qalması haqqında açıqlama verib. Türkiyə və Azərbaycanın Naxçıvandakı hərbi təlimindən təşvişə düşən Manoyan Naxçıvanın beynəlxalq statusunun yenidən dünyada müzakirəyə çıxarılması gərəkdiyini bildirib.