İrəvan qazılığının bərpası ilə bağlı qanunlara müvafiq dəyişikliklər təklif ediləcək Siyasət

İrəvan qazılığının bərpası ilə bağlı qanunlara müvafiq dəyişikliklər təklif ediləcək

İrəvan qazılığının bərpası ilə bağlı qanunlara müvafiq dəyişikliklər təklif ediləcək.

Bunu deputat Fazil Mustafa QMİ-nin Qazılar Şurasının iclasında deyib.
O bildirib ki, Milli Məclisin İctimai Birliklər və dini qurumlar komitəsində bu məsələyə baxılacaq: “Bu sənədlər beynəlxalq ictimaiyyətə çıxacaq. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri kimi bir sıra məsələlərin qanunvericiliyə tam uzlaşması üçün tövsiyələrimizi, fikirlərimizi çatdıracağıq. Çünki bu sənədlər beynəlxalq platformaya çıxacaq, bəlli konvensiyalara, qanunvericiliyin normalarına uyğun olmalıdır. Həm də çalışmalıyıq ki, İrəvan qazısı beynəlxalq platformada Azərbaycanın səsini duyuram şəxs olsun. Eyni zamanda bizim Qərbi Azərbaycana qayıdışla bağlı məsələdə elə nüfuzlu qurum yaratmalıyıq ki, elə məqamda olmalıyıq ki, o məqamdan səslənən fikirlər beynəlxalq ictimaiyyətdə eşidilsin. Çalışmalıyıq ki, Qərbi Azərbaycan icmasının təmsilçisi İslam Əməkdaşlıq Təşkilatında hansısa müşahidəçi statusu ilə yer alsın”.