

Cənubi Koreya, Şimali Koreyanın Yapon dənizi (Şərq dənizi) istiqamətinə qanadlı raketlər atdığını açıqladı.
Xalqcebhesi.az Yonhap agentliyinin Cənubi Koreya Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadən xəbər verir ki, Şimali Koreya raket sınaqları həyata keçirib.
Məlumata görə, Şimali Koreya ölkənin şərqində yerləşən Sondok bölgəsindən yerli vaxtla saat 09:00 radələrində bir neçə qanadlı raket atıb.
Cənubi Koreya və ABŞ hərbi rəsmiləri raketlərin mənzili, havada hərəkəti və düşdüyü ərazilərlə bağlı araşdırmaya başlayıb.
Pxenyan rəhbərliyi sonuncu dəfə 8 may tarixində Yapon dənizi istiqamətinə çoxsaylı qısa mənzilli ballistik raket atmışdı.
Məryəm Quliyeva