Leyla Əliyeva “Azərbaycan təbiətinin izi ilə” sərgisinin açılış mərasimində iştirak edib - FOTO
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
Prezident İlham Əliyev və İtaliya Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Prezident İlham Əliyevin İtaliya Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO - YENİLƏNİB
22 May 2025 11:52
16 254
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Kitab Evi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Turançılıq ideyaları müasir ədəbiyyatda” adlı layihənin icrası davam edir.
QHT.az xəbər verir ki, bu barədə “Kitab Evi” İctimai Birliyinin sədri və layihə rəhbəri Adilə Nəzərova məlumat verib. Onun sözlərinə görə, layihə çərçivəsində görüləcək işlərın ardıcıllığı ilə materiallar toplandı və “Qarabağ Zəfərindən Turana doğru” antologiyası nəşrə hazırlandı.
Məlumdur ki, Qarabağ Zəfərindən sonra siyasi anlamda Turan konsepsiyası dediyimiz turançılıq ideyaları digər sahələrdə olduğu kimi ədəbiyyatda da aktual mövzulardan birinə çevrildi. Doğrudur, turançılığı təkcə coğrafiya ilə əlaqələndirmək olmaz, hansı coğrafiyada türk toplumu varsa orada bu ideya vardır, amma Azərbaycan turançılıq ideyasına daha çox can atan və bu birliyə çalışan ölkədir. Bəlkə də bu, bir az da hazırda ölkə gündəmində olan Zəngəzur dəhlizinin açılmasına çalışmağımızla əlaqəlidir, amma ideya özlüyündə və həyati vacibliyində nəqliyyat kommunikasiyasından daha geniş anlam kəsb edir: Bu, İsmayıl bəy Qaspıralının dediyi kimi: “Dildə, işdə, fikirdə birlik” ideyasıdır.
“Qarabağ Zəfərindən Turana doğru” antologiyasında Azərbaycanın müasir şair və yazıçılarının əsərləri və onlarla yanaşı digər türk xalqlarından olan yazarların da ədəbi nümunələri yer alır. Bu, həm türk dünyasının ədəbiyyat adamlarının ölkənin ictimai-siyasi həyatındakı uğurlu gedişatını izləməsini göstərir, həm ictimai-siyasi hadisələri ədəbiyyatın yaddaşından izləmək imkanı yaradır.
Antologiyada yer alan nəzm və nəsr əsərlərində vətənpərvərlik ruhu, birlik, bərabərlik, türkçülük və turançılıq ideyaları mühüm yer tutur. Belə ki, Azərbaycan milli hərəkatının gücləndiyi bu mərhələdə romantimzin mövzu və problematikasında milli mövzu dəyişikliyi diqqəti cəlb edir. Əsərlərdə mövzu ilə bağlı əsasən xalqımızın (və digər türk xalqlarının) keçmişi və buğunu təsvir olunur, milli məsələlər işıqlandırılır – Azərbaycan yazarlarının yaradıcılığında dünya romantizmindən fərqli olaraq yeni bir mövzunun – turançılıq ideyalarının inkişafı görünür. Bu keyfiyyət xalqın milli ruhunu yüksəldir, onu bir milli ideya ətrafında birləşməyə səsləyir.
4 May 11:33
1 330
22 Aprel 23:45
6 188
15 Aprel 23:38
9 737