Maliyyə Nazirliyinin rayon idarələri regional idarələrlə əvəz edilib Hadisə

Maliyyə Nazirliyinin rayon idarələri regional idarələrlə əvəz edilib

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yerli bölmələrinin fəaliyyətini təkmilləşdirmək, onlara münasibətdə optimal idarəetmə formasını tətbiq etmək məqsədilə rayon (şəhər) üzrə maliyyə idarələri (şöbələri) ləğv edilərək onların bazasında Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsünə uyğun olaraq regional maliyyə idarələri yaradılıb, onların strukturu təsdiq olunub.

"APA-Economics"in əldə etdiyi məlumata görə, yeni struktura əsasən, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan regional idarələri yaradılıb.