Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Səfər Azərbaycan diplomatiyasının mühüm səhifələrindən biridir”

“Səfər Azərbaycan diplomatiyasının mühüm səhifələrindən biridir” Siyasət

“Səfər Azərbaycan diplomatiyasının mühüm səhifələrindən biridir”

Musa Qasımlı: "Prezident İlham Əliyevin görüşləri müstəsna əhəmiyyət daşıyır"

Arzu Nağıyev: "Azərbaycan böyük dövlətlərlə birgə karbohidratlarla bağlı istənilən layihələrdə iştirak edir"

"Cənab Prezident İlham Əliyevin Türkiyədə keçirilən XXII beynəlxalq neft konqresinin işində iştirakı, etdiyi nitqi və keçirdiyi ikitərəfli görüşləri müstəsna əhəmiyyət daşıyır". Bunu millət vəkili Musa Qasımlı deyib. Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ dövlət katibi Tillerson və başqaları ilə keçirilən görüşlər həm ikitərəfli, həm regional, həm də beynəlxalq baxımdan faydalıdır: "Bu görüşlər zamanı aparılan müzakirələr cənab Prezidentimizin liderliyi altında Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun və dünya işlərində rolunun artdığını göstərir. Konqresdə edilən nitq özünün dərin məzmunu, mahiyyəti və böyük hədəfləri baxımından diqqəti cəlb etdi. Bu nitq Azərbaycan Respublikasının Avropanın enerji təhlükəsizliyində müstəsna yer tutduğunu bir daha təsdiq etdi. Hesab edirəm ki, səfər Azərbaycan diplomatiyasının mühüm səhifələrindən biridir".
Politoloq Arzu Nağıyev deyib ki, Prezident İlham Əliyevin İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresinin rəsmi açılış mərasimində Azərbaycanın neft strategiyası, dünyanın enerji təhlükəsizliyinə Azərbaycanın rolu ilə bağlı çıxışı mühüm əhəmiyyət kəsb edir. O qeyd edib ki, Prezidentin ABŞ dövlət katibi Reks Tillersonla görüşü, Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı verilən açıqlamalar da vacib məqam idi: "ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ təmsilçisi ilə Qarabağda baş verən son hadisələrin müzakirəsini də xüsusi qeyd etmək lazımdır".
Politoloq qeyd edib ki, bu gün Azərbaycan böyük iqtisadi layihələr reallaşdırır, həm də böyük dövlətlərlə birgə karbohidratlarla bağlı istənilən layihələrdə iştirak edir: "Prezidentin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü də diqqət çəkir. Ümumiyyətlə regional aktorların içərisində Azərbaycan olması çox əhəmiyyətlidir. Bütün bunları həm siyasi, həm hərbi, həm iqtisadi baxımdan atılan addım kimi dəyərləndirmək lazımdır".
Millət vəkili Sədaqət Vəliyeva isə vurğulayıb ki, İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresi bir sıra mühüm məqamlarla yadda qaldı. Onun sözlərinə görə, birincisi, Konqresdə edilən çıxışlardan, səsləndirilən fikirlərdən belə qənaət hasil oldu ki, bu gün dünyada Azərbaycanı neft və qaz hasil və ixrac edən etibarlı ölkə kimi tanıyırlar: "İkincisi, ABŞ və Avropa ölkələri Azərbaycanla Türkiyənin birgə reallaşdırdıqları enerji layihələrinin rentabelli və etibarlı olmasına diqqət çəkdilər. Üçüncüsü, "Cənub Qaz Dəhlizi" layihəsilə Xəzər-Qara-Aralıq-Adriatik dənizi hövzələrini, eyni zamanda, Cənubi Qafqaz, Anadolu, Balkan və Appenin yarımadalarını, həmçinin, 7 ölkəni birləşdirən Azərbaycan və Türkiyənin Avropanın yeni enerji təhlükəsizliyi xəritəsinin hazırlanmasındakı yeri və rolu da xüsusi qiymətləndirildi. Dördüncüsü, bu gün təxminən 3 trilyon kubmetr qaz ehtiyatlarına malik Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında yeni etibarlı mənbə olması faktı da öz təsdiqini tapdı. Beşincisi, neft və qaz sənayesi üzrə mühüm məsələlərin müzakirə olunduğu və vacib qərarların qəbul edildiyi beynəlxalq platforma olan Konqresdə 100-dən çox ölkənin nümayəndəsi Azərbaycanın timsalında neft gəlirlərinin idarə olunmasının optimal modelini gördü. Altıncısı, bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının qlobal təhlükəsizliyə töhfə verən meqa layihələrin reallaşdırılmasında əvəzedilməz faktor olduğunu da aydın gördü".
Sədaqət Vəliyeva əlavə edib ki, İstanbulda Prezident İlham Əliyevin ABŞ-ın dövlət katibi Reks Tillerson ilə görüş keçirməsi, ABŞ-ın Azərbaycana dəstəyinin bir daha vurğulanması, eyni zamanda, rəsmi Vaşinqtonun ölkəmizin qlobal və regional təhlükəsizliyə verdiyi töhfələri yüksək dəyərləndirməsi də xüsusi məqam kimi yadda qaldı.

Əli